26 Aprel 2024, Cümə
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Rəşad Sadiqov: “Bu matç “Böyük oyun”dan heç də geri qalmır”

Bu gün Topaz Premyer Liqasının XIX turu çərçivəsində “Qəbələ” doğma meydanda “Qarabağ”ı 2:0 hesabı ilə məğlub edib. Matçdan sonra ev sahibi komandanın futbolçusu Rəşad Sadiqov Futbolxeber.az-ın əməkdaşının da suallarını cavablandırıb:
 
- Yarımmüdafiəçi olsan da, bu gün müdafiənin mərkəzində oynadın. Yeni mövqeyində özünü necə hiss etdin?
- Açığı, mənim üçün elə də yeni deyil. “Neftçi”də olarkə də bu mövqedə oynamışdım. Berti Foqstun baş məşqçiliyi dönəmində də milli komandada bu mövqedə oynamışdım. Dubayda keçirilən oyunda… Antalya toplanışı zamanı da bir oyun bu mövqedə çıxış etmişdim. Elə də yeni deyildi deyə mənə bir az rahat gəldi. 
 
- Elə bil, bu mövqeydə oynadığın üçün oyunun əvvəlində az çətinlik çəkdin…
- Bu cür oyunlarda futbolçuda da, ümumi komandada da stress, həyəcan olur. Belə oyunlarda bir səhv baha başa gələ bilər. Ona görə də istəmirdik ki, səhv edək. Sonradan adam yavaş-yavaş özünə gəldikcə daha asan olur. 
 
- Vaxtilə “Neftçi” və “Xəzər Lənkəran” arasında keçirilən matçlara “Böyük oyun” adı verilmişdi. İndi də “Qarabağ” və “Qəbələ” arasındakı matçlarda ajiotaj olur. Bu oyunların arasında hansı fərqlər var?
- Mənə elə gəlir ki, bud a böyük oyundu. İki komanda da çempionluğa oynayır. Hər iki komanda da Avropa Liqasının qruplarında oynayır. Bu komandalardan biri çempion ola bilrə. Doğurdan da, böyük ajiotaj var idi. Məncə,  “Qarabağ” və “Qəbələ” arasındakı oyunlar heç də “Böyük oyun”dan geri qalmır. 
 
- Bu oyunda komandalar arasında nəsə mübahisə yaranmadı, futbolçular bir-birinə mülayim davrandılar. Otyndan əvvəl nəsə olmuşdu?
- Xeyr, heç nə olmamışdı. Öz aramızda danışmışdıq ki, əlavə şeylərə fikir verməyək, sadəcə futbol oynayaq. Kimisə əzdik, əl verək, üze istəyək… Məncə, onlarda da belə olmuşdu. Çünki “Qarabağ”ı hamı tanıyır, futbolçuları belədir.
 
- Səncə, ilk qolunuz sayılmasa vəziyyət necə olacaqdı?
- Fərqli nəsə ola da bilərdi, olmaya da. Açığı, hesab 1:0, yaxud 0:0 da olsa, çalışacaqdıq, qol vuraq. Bizə ancaq qələbə lazım idi. 
 
- Qələbə qazanmasaydınız, necə olacaqdı?
- Qələbə qazandıq, liderlə xalımız eyni oldu. Qazanmasaydıq, aramızdakı xal fərqi qalacaqdı. Çempionluq şansımız bir az da alacaqdıq.
 
- Bu il çempion kim olacaq?
- Kim daha yaxşı oynasa, səhv etməsə, o da çempion olacaq. Çalışacağıq ki, özümüz çempion olacaq. 
 
- Kapitanlıq sarğısı yenidən Cavid Hüseynovun oldu. Bu barədə nə deyə bilərsən?
- Əslində kapitan o idi. Bəzi oyunlara ehtiyatdan çıxırdı, yaxud tam hazır deyildi deyə mənə vermişdilər. Hazır olandan sonra özünə qaytardıq.   
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30