19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

Qurbanov: “Nə qədər ki, mən burdayam, danışılmış oyun…”

Bu gün Topaz Premyer Liqasında XIX tura yekun vurulub. Futbolxeber.az-ın məlumatına görə, günün ikinci oyununda “Qəbələ” doğma meydanda “Qarabağ”ı 2:0 hesabı ilə məğlub edib. Qəbələ şəhər stadionundakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Qurban Qurbanov məğlubiyyəti belə şərhə edib:
 
- “Qəbələ”ni təbrik edirəm. Hər iki komanda üçün vacib oyun idi. Uduzsaq da, futbolçularımdan razı qaldım. Çox çalışdılar. Sadəcə, son nöqtəni qoymaqda çətinlik çəkirdilər. Çempionat davam edir. Bu oyunu təhlil edib, qarşıdakı matçlara hazırlaşmalıyıq.
 
- Futbolumuzun inkişafı baxımından belə oyunların tez-tez olması lazımdı?
- Bəli, tez-tez olmalıdı. Amma çempionatın proqramından kənara çıxa bilmərik. Belə oyunlar çox olsa, futbolçularımız daha çox inkişaf edər.
 
- Artıq neçənci dəfədi ki, hakim sonradan qərarını dəyişir... 
- Belə epizod “İnter”lə oyunumuzda da olmuşdu. Hakimlər öz aralarında məsləhətləşdikdən sonra qərar verdilər. Bu epizoda görə hakimlərə “5” düşür.
 
- İtkilər “Qarabağ”ın oyununa nə dərəcədə təsir etdi?
- Bu barədə düşünmək gecdi. Təəssüf ki, biri cəzalı, digəri zədəli idi. Biz belə hallarla razılaşmalıyıq.
 
- “Qarabağ” çox vaxt yerli futbolçulara görə üstün olub. Sizcə, bu gün yerlər dəyişmişdi?
- “Qəbələ” heyətinə yaxşı futbolçular cəlb edib. Amma bu o demək deyil ki, yerlər dəyişib.
 
- Komandanızdan narazı qaldığınız məqamlar oldu?
- Belə maqamlar hər zaman olur. 5:0 hesabı ilə qalib gəldiyimiz oyunlarda da narazılığım olub.
 
- Çempionluq mübarizəsinin bu gündən başladığını demək olarmı?
- Çempionluq mübarizəsi çoxdan başlayıb. Mən məğlub olduqda futbolçularımı yaxşı motivasiya edə bilirəm. Futbolçularım bundan sonra daha ciddi yanaşacaqlar. Çempionluq mübarizəsi son turadək davam edəcək.
 
- “Qarabağ”la “Zirə”nin yaxınlığı haqda deyilənlər sizə necə təsir edir?
- Bizim tərəfdən bu barədə heç bir fikir yoxdu. Rəşad Sadıqov və Anar Nəzirov bu mövzu haqda çox gözəl çıxış etdi. Bu fikirlər bizi tanıyanlar tərəfindən səsləndirilir. Bu da insana pis təsir edir. Rəşadı, Anarı tanıyanlar var. Belə insanlar haqda bu fikirləri səsləndirmək yaxşı deyil. Şadam ki, həyatda Rəşad kimi dostum var. Buna görə də, heç nəyə görə narahat deyiləm. Nə qədər ki, mən burdayam, danışılmış oyun olmayacaq. Bizi tanıyan insanlar bundan sonra da bizə güvənə bilərlər. Belə şeylərdən uzağıq. İşimizə, peşəmizə və rəhbərliyimizə hər zaman sadiqik.
 
- Dediyinizdən belə başa düşdük ki, “Qarabağ”a qarşı kampaniya aparılır...
- Yox, mən belə düşünmürəm. Düzdü, bu, futbolçulara təsir edir. Amma sizlə necə danışıramsa, futbolçularla da o cür danışıram.
 
- “Qəbələ”nin qələbə qazanmağında azarkeşlərin rolu oldu?
- Əlbəttə, azarkeşlər hər zaman komandaya dəstək olur. Stadionda bizim azarkeşlərimiz də var idi. Sayca az olsalar da, onlar da heç kəsdən geri qalmırlar.
 
- Bu məğlubiyyətdə özünüzü günahlandırırsız?
- Hər zaman məğlub olduqda günahımız olur. Yəqin ki, nəyisə düzgün etməmişik. Oyunu tam təhlil etdikdən sonra bunu kollektiv arasında müzakirə edəcəyik.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30