29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Kəpəz” azarkeşləri pankart açıb, etiraz etdilər (FOTO)

Bu gün Topaz Premyer Liqasında XIX tura start verilib. Futbolxeber.az-ın məlumatına görə, günün ikinci oyununda “Neftçi” doğma meydanda “Kəpəz”lə üz-üzə gəlir. 
 
Hazırda “Bakcell Arena”da keçirilən qarşılaşmada qonaq komandanın azarkeşləri ikiyə bölünüb. Bir qrup Gəncədən gəlib və komandanı irəliyə səsləyir. Digər tərfdə dayanan “Xəmsə” fan-klubunun üzvləri isə üzərində “Bakı derbisinə xoş gəlmisiniz” yazılan pankart açaraq klub rəhbərliyinə etiraz ediblər. Fanatlar bununla Gəncənin köklü klubu “Kəpəz”in Bakıda məskunlaşmasına etiraz ediblər. Onlar hazırda “Kəpəz” gəncəlilərindir” deyərək şüarlar səsləndirirlər.  
 
Qeyd edək ki, “Xəmsə” fan-klubu bir neçə gün öncə də komandanı boykot edərək bəyanat yaymışdılar. Həmin bəyanatda qeyd olunurdu ki,  Gəncə şəhər stadionunun, idman bazasının yararsız vəziyyətinin aradan qaldırılması istiqamətində klub rəhbərliyi tərəfindən heç bir addımın atılmaması, "Kəpəz"i faktiki olaraq Bakı klubuna çevirib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31