19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Emil Balayev: “Keçmişə nəzər salsaq…”

"Səbail"in yeni qapıçısı Emil Balayev də MOİK-lə oyunda "Səbail" formasıyla debüt edən oyunçular arasında idi. Futbolxeber.az-ın məlumatına görə, oyundan sonra gənc qolkiper jurnalistlərə açıqla verib. 
 
23 yaşlı əlcək sahibi əvvəlcə komandaya uyğunlaşma prosesindən danışıb: "Komandaya yanvarın 14-də qoşulmuşam. Artıq "Səbail"ə uyğunlaşmışam. Təlim-məşq toplanışında 3 yoxlama oyunu keçirdik və həmin qarşılaşmalar mənim üçün uğurlu alındı. Mehriban kollektivimiz var". 
 
Emil "Səbail"ə keçidi haqqında da fikirlərini bildirib: "Qarabağ"da idim. Sonra məsləhət oldu ki, icarə əsasında "Səbail"də çıxış edim. Keçmişə nəzər salsaq, "Araz Naxçıvan"dan "Neftçi"yə qayıtmış, sonra da "Ayntraxt"a yollanmışdım. Futbolda belə şeylər olur. "Səbail" mənim üçün böyük bir təcrübədir". 
 
Emil komandadakı gələcəyi haqda isə bunları deyib: "Səbail"in uğurları üçün çalışacam. Bizim işimiz məşqlərdə özümüzü göstərməkdir. Qiymətləndirməni isə məşqçilər korpusu verir". 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30