28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qəbələ” - “Qarabağ”: 41-ci duel

Topaz Premyer Liqasının XIX turu çempionatın liderlərinin görüşü ilə əlamətdar olacaq. Futbolxeber.az-ın məlumatına görə, son üç mövsümü mükafatçılar sırasında başa vuran və yenidən qızıl medal uğrunda mübarizə aparan “Qəbələ” və “Qarabağ” cari çempionatda 3-cü dəfə üz-üzə gələcək. 
 
Mövsümdə yeganə məğlubiyyətini XIII turda Ağdam təmsilçisindən alan “qırmızı-qaralar” rəqibini VII turda qalib gəldiyi Qəbələ şəhər stadionunda qəbul edəcək. Cari çempionatda öz meydanında uduzmayan Roman Qriqorçukun baş məşqçisi olduğu komanda 1-ci pilləni ələ keçirmək üçün lideri məğlub etməlidir. 
 
Bu matç rəqiblər arasında 41-ci duel olacaq. İndiyədək komandalar 34-ü çempionat, 6-sı kubokda olmaqla 40 dəfə qarşılaşıb. “Qarabağ”la “Qəbələ” arasında ilk matç isə Şimal təmsilçisinin güclülər dəstəsində - indiki Premyer Liqada debüt etdiyi 2006/07 mövsümünə təsadüf edib. 2006-cı il avqustun 20-də keçirilən həmin matçdan indiyə kimi “Qəbələ” 9, “Qarabağ” 16 qələbə qazanıb. “Qırmızı-qaralar” doğma azarkeşlər önünə yubiley – 10-cu qələbə üçün çıxacaq. Digər 15 matçda isə qalib müəyyənləşməyib. Baş tutan 40 görüşdə 87 qol vurulub. “Qırmızı-qaralar” 37, “ağ-göylər” 50 dəfə fərqlənib.
 
Azərbaycan çempionatı çərçivəsində keçirilən 34 matçda 78 qol qeydə alınıb. 8 dəfə qalib gəlib, 16 dəfə uduzub, 10 dəfə 1 xal qazanan “Qəbələ” 32, “Qarabağ” 46 dəfə rəqib qapısına yol tapıb. 
 
“Qırmızı-qaralar”ın 20 ev oyununda meydan sahibləri 5, qonaqlar 8 dəfə qalib olubsa, 7 dəfə bərabərlik qeydə alınıb. Top fərqində isə ağdamlıların üstünlüyü cüzidir – 23:21.
 
“Qəbələ”nin “Qarabağ”la matçlardakı 37 qoluna 25 futbolçu imza atıb. Onlardan biri avtoqola üzülən rəqib oyunçu Namiq Ələsgərovdur. 
 
“Qırmızı-qara” formada isə Dodo hamıdan çox – 5 dəfə fərqlənib. Viktor Mendi ağdamlıları 4 dəfə məyus edə bilib. İqor Melnik, Kənan Kərimov, Samir Zərgərov, Sergey Zenyov və Filip Ozobiç hərəyə 2, digər 17 oyunçu hərəyə 1 dəfə qol sevinci yaşayıb.
 
“Qarabağ”ın heyətində fərqlənən 22 oyunçu arasında isə Reynaldo Silva hamıdan çox – 8 dəfə fərqlənib. Riçard Almeydanın 5 qolu var. İki komanda arasında duellərdə Kənan Kərimovun da eyni sayda qolu olsa da, o hər iki tərəfdən fərqlənib. Hücumçu 3 dəfə “Qarabağ”da, 2 dəfə “Qəbələ”də qol sevinci yaşayıb. Qəbələlilərin kapitanı Rəşad Sadiqov Ağdam təmsilçisinə qol vursa, o da hər iki komandada fərqlənmiş oyunçu olacaq. Yarımmüdafiəçi 2009-cu il dekabrın 6-da “Qarabağ”ın heyətində, Qəbələdəki oyunda qol sevinci yaşayıb.
 
“Qəbələ” – “Qarabağ”: Bütün oyunlar
 
2006/07. Premyer Liqa
20.08.2006. Gilan (Qəbələ) - Qarabağ (Ağdam) - 0:2
Kənan Kərimov, 29, Vasif Haqverdiyev, 88
2006/07. Premyer Liqa
22.02.2007. Qarabağ (Ağdam) - Gilan (Qəbələ) - 3:2
Vaqif Cavadov, 20, Kənan Kərimov, 24, Aslan Kərimov, 60 – Vasif Əliyev, 76, Samir Zərgərov, 81
2007/08. Premyer Liqa. 
06.10.2007. Qəbələ - Qarabağ (Ağdam) - 1:2
Bokunqu Fiston, 61 - Aslan Kərimov, 13, Qoqa Beraya, 52
2007/08. Premyer Liqa
13.04.2008. Qarabağ (Ağdam) - Qəbələ - 2:1
Kənan Kərimov, 8, Aslan Kərimov, 56 - Vladimir Taranu, 80
2008/09. Premyer Liqa
20.09.2008. Qəbələ - Qarabağ (Ağdam) - 1:2 
Kənan Kərimov, 78 - Emin İmaməliyev, 31, Vaqif Cavadov, 85
2008/09. Premyer Liqa
15.03.2009. Qarabağ (Ağdam) - Qəbələ - 0:0
2009/10. Premyer Liqa
23.09.2009. Qarabağ (Ağdam) - Qəbələ - 0:0
2009/10. Premyer Liqa
06.12.2009. Qəbələ - Qarabağ (Ağdam) - 1:1
Tomaş Stolpa, 52 (p.) - Rəşad Sadiqov, 78
2009/10. Premyer Liqa
21.03.2010. Qəbələ - Qarabağ (Ağdam) - 3:1
Paulino Lopes Tavares, 49; İqor Melnik, 73; 84 - Georgi Adamiya, 43
2009/10. Premyer Liqa
24.04.2010. Qarabağ (Ağdam) - Qəbələ - 1:1
Rauf Əliyev, 10 - Kənan Kərimov, 18 (p.)
2010/11. Premyer Liqa
25.09.2010. Qəbələ - Qarabağ (Ağdam) - 2:1
Deon Barton, 57; Branimir Subaşiç, 72 - Emin İmaməliyev, 83
2010/11. Premyer Liqa
13.02.2011. Qarabağ (Ağdam) - Qəbələ - 3:0
Rauf Əliyev, 15; Georgi Adamiya, 63; Əfran İsmayılov, 75
2011/12. Premyer Liqa
27.08.2011. Qarabağ (Ağdam) - Qəbələ - 0:1
Viktor Mendi, 37
2011/12. Premyer Liqa
21.12.2011. Qəbələ - Qarabağ (Ağdam) - 0:0
2011/12. Azərbaycan kuboku
14.03.2012. Qəbələ - Qarabağ (Ağdam) - 2:2
Viktor Mendi, 41; Dodo, 65 - Rauf Əliyev, 46; Muarem Muarem, 90
2011/12. Premyer Liqa
18.03.2012. Qarabağ (Ağdam) - Qəbələ - 1:1
İlqar Qurbanov, 90+1 - Viktor Mendi, 16
2011/12. Azərbaycan kuboku
28.03.2012. Qarabağ (Ağdam) - Qəbələ - 0:0
2011/12. Premyer Liqa
14.04.2012. Qəbələ - Qarabağ (Ağdam) - 1:0
Yannik Kamanan, 70
2012/13. Premyer Liqa
31.10.2012. Qarabağ (Ağdam) - Qəbələ - 1:2
Muarem Muarem, 59 - Rəşad Abdullayev, 32; Dodo, 34
2012/13. Premyer Liqa
10.02.2013. Qəbələ - Qarabağ (Ağdam) - 1:1
Luka Zinko, 41 - Riçard Almeyda, 55 (p.)
2012/13. Azərbaycan kuboku
27.02.2013. Qəbələ - Qarabağ (Ağdam) - 1:1
Dodo, 33 - Vüqar Nadirov, 56
2012/13. Azərbaycan kuboku
07.03.2013. Qarabağ (Ağdam) - Qəbələ - 0:0
2012/13. Premyer Liqa
30.03.2013. Qarabağ (Ağdam) - Qəbələ - 1:0
Riçard Almeyda, 39
2012/13. Premyer Liqa
28.04.2013. Qəbələ - Qarabağ (Ağdam) - 0:2
Reynaldo Silva, 69; 77
2013/14. Premyer Liqa
25.08.2013. Qəbələ – Qarabağ (Ağdam) - 0:1
Vüqar Nadirov, 16
2013/14. Premyer Liqa 
03.11.2013. Qarabağ – Qəbələ - 4:3
Nikolos Gelaşvili, 26, 50, Vüqar Nadirov, 37, Çumbinyo, 65 - Lorenso Ebesilio, 71, Leonardo da Silva, 77, Dodo, 85
2013/14. Premyer Liqa 
08.02.2014. Qəbələ – Qarabağ - 0:1
Reynaldo Silva, 74
2013/14. Azərbaycan kuboku
13.03.2014. Qəbələ - Qarabağ (Ağdam) - 0:0
2013/14. Azərbaycan kuboku 
19.03.2014. Qarabağ (Ağdam) - Qəbələ - 1:2
Reynaldo Silva, 60 - Daniel Subotiç, 45+1; Viktor Mendi, 81
2013/14. Premyer Liqa 
30.03.2014. Qarabağ (Ağdam) - Qəbələ - 3:0
Marinaldo Silva, 48, Reynaldo Silva, 65, 87
2014/15. Premyer Liqa
17.10.2014. Qarabağ (Ağdam) - Qəbələ - 2:0
Vüqar Nadirov, 45+2, Reynaldo Silva, 89 (p.)
2014/15. Premyer Liqa 
14.12.2014. Qəbələ - Qarabağ (Ağdam) - 2:1
Bəxtiyar Soltanov, 46, Dodo, 60 - Namiq Ələsgərov, 23
2014/15. Premyer Liqa 
28.02.2015. Qarabağ (Ağdam) - Qəbələ - 0:1
Namiq Ələsgərov, 45 (öz qapısına)
2014/15. Premyer Liqa 
02.05.2015. Qəbələ - Qarabağ (Ağdam) - 1:1
Reynaldo Silva, 55 - Cavid Hüseynov, 90 (p.)
2015/16. Premyer Liqa 
10.08.2015. Qəbələ - Qarabağ (Ağdam) - 2:2
Sergey Zenyov, 32, Samir Zərgərov, 87 - Riçard Almeyda, 62 (p.), 83
2015/16. Premyer Liqa 
19.12.2015. Qarabağ (Ağdam) - Qəbələ - 1:1
Əfran İsmayılov, 79 - Ermin Zets, 4
2015/16. Premyer Liqa 
19.03.2016. Qəbələ - Qarabağ (Ağdam) - 1:2
Sergey Zenyov, 17 - Migel Madera, 9, Mahir Mədətov, 72
2015/16. Premyer Liqa 
11.05.2016. Qarabağ (Ağdam) - Qəbələ - 2:0
Dani Kintana, 17, 32
2016/17. Premyer Liqa 
02.10.2016. Qəbələ - Qarabağ (Ağdam) - 2:0
Filip Ozobiç, 11; Baqali Dabo, 14
2016/17. Premyer Liqa 
29.11.2016. Qarabağ (Ağdam) – Qəbələ - 2:1
Riçard Almeyda, 87 (p.); Dino Ndlovu, 90+4 - Filip Ozobiç, 64
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31