24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Ölkə futbolu

Şeydayev: “Azərbaycan millisi ilə bağlı ümidlərim böyükdür”

Bir neçə gün öncə "Trabzonspor"un (Türkiyə) "Jilina"ya (Slovakiya) icarəyə verdiyi millimizin üzvü Ramil Şeydayev maraqlı açıqlamalar verib. Futbolxeber.az-ın məlumatına görə, Rusiyanın “Sportsdaily”  nəşrinə danışan 20 yaşlı hücumçu karyerası haqda danışıb.
 
O, milliyə uyğunlaşdığını deyib: "Azərbaycan millisinə uyğunlaşmaqda heç bir problemim yaşamadım. Klubumdakı çıxışım haqda maraqlandıqlarını hiss edirəm. İstəyirlər ki, mən daha çox oynayam və milliyə də çox köməyim dəysin. Azarkeşlərin də məndən qol və ya qollar gözlədiyini çox yaxşı dərk edirəm. İlk gündən milliyə uyğunlaşdım. İlk oyunlardan milli üçün mümkün qədər çox faydalı olmağa çalışdım".
 
Şeydayev millidəki hədəflərindən də danışıb: "Azərbaycan millisi ilə bağlı ümidlərim böyükdür. Hazırda DÇ-2018-in seçmə mərhələsində yer aldığımız qruupda üçüncü pillədəyik. Gələn il Rusiyada təşkil olunacaq final mərhələsində iştirak etmək istəyirik. Bu, bizim üçün yaxşı hadisə olardı".
 
Forvard "Jilina"dakı hədəflərindən söhbət açıb: "Özümü yaxşı tərəfdən göstərmək, daim əsas heyətdə mübarizə aparmaq istəyirəm. Ən böyük istəyim isə Avrokuboklara düşmək və orada uğurlu çıxış etməkdir".
 
Şeydayev sonda Rusiya vətəndaşlığını dəyişməsinə və yetirməsi olduğu "Zenit" klubundan ayrılmnasına peşman olmadığını da bildirib.
 
Qeyd edək ki, Şeydayev icarə əsasında 2017-2018-ci il mövsümünün sonuna qədər “Jilina”da çıxış edəcək. Bu keçid üçün slovakiyalılar “Trabzonspor”a heç bir ödəniş etməyəcək. Hətta bu müddət ərzində Türkiyə klubu Şeydayevə aylıq 10 min avro maaş verəcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30