Ölkə futbolu
“Kəpəz” rəhbərliyi azarkeşlərlə görüşdü
“Kəpəz” klubunun rəhbərliyi ilə azarkeşlər arasında növbəti görüş keçirilib. Futbolxeber.az-ın məlumatına görə, Gəncə şəhər stadionunda reallaşan yığıncaqda komandanın son çıxışları əsas müzakirə mövzusu olub.
Azarkeşlərin önünə klub rəsmilərindən Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu, icraçı direktor Cabir İbrahimov və fan-klublarla iş üzrə əlaqələndirici Elmar Əliyev çıxıb. Müxtəlif fan-klubların 50-yə yaxın üzvünün qatıldığı toplantıda əsas diqqət komandanın qış fasiləsindən sonra Topaz Premyer Liqasında uğursuz iştrakına yönəlib.
Təxminən 2 saat davam edən görüş fikir mübadiləsi ilə qızğın müzakirələrə səbəb olub. Azarkeşlər çoxsaylı suallarla klub rəsmilərinə müraciət ediblər. Rəhbərlik fanatları maraqlandıran mövzular barədə fikirlərini bölüşüb, birlikdə təhlillər aparılıb. Eyni zamanda futbolsevərlərə komandanın düşdüyü çətin vəziyyətdən çıxarmaq üçün görülən işlərlə bağlı məlumat verilib.
Görüşün sonunda klub rəhbərliyi komandanın azarkeşlərlə bir ailə olduğunu və onların da sayəsində “sarı-göylər”in bu durumdan çıxacağına inandığını bildirib. “Kəpəz”in əvvəlki əzəmətini özünə qaytarması yönündə fanatların xüsusu rol oynadığı vurğulanıb.
Azarkeşlərlə keçirilən görüşlə bağlı Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu klub saytına açıqlama verib: “Bilirsiz ki, “Kəpəz” klubunun rəhbərliyi həmişə azarkeşlərlə görüşlərə üstünlük verir. Çünki komandamızın azarkeşləri ötən mövsüm say çoxluğu, kütləviliyi və son dərəcə böyük dəstəyi, əzmkarlığı ilə ölkəmizdə rekord vurub. Bunu statistikada göstərir. UEFA-nın azarkeşlərlə bağlı açıqladığı rəsmi hesabata əsasən, Azərbaycan Premyer Liqası azarkeşlərin faiz göstəricisinə görə birinci yerə çıxıb. Ötən mövsüm ərzində qeydə alınan 460 min tamaşaçı sayının 240 mindən çoxu “Kəpəz”in azarkeşləri idi. Hətta səfər oyunlarına gedən azarkeşlərimizi də bura əlavə etsək, bu rəqəm artar. Ona görə də fanatların fikirlərini öyrənmək həmişə bizim üçün vacibdir. Bu dəfə də görüş çox maraqlı keçdi. Onların hər birinin dediyi fikirləri, iradları, narazılıqları təbii ki, nəzərə alacağıq. Azarkeşlərimizə də komandaya bu cür dəstək göstərdikləri üçün təşəkkürümüzü bildiririk. Onların hər birini sona kimi komandaya dəstək olmağa çağırırıq. Onsuz da hər ev oyunundan əvvəl sonuncu məşqdən öncə biz azarkeşlərlə mütəmadi görüşürük. Ancaq çalışacağıq ki, belə geniş əhatəli görüşlər tez-tez olsun. Azarkeşlərin fikirlərini, düşüncələrini öyrənmək bizim üçün vacibdir”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
18:28
"Bağçam"ın IV Şahmat Festivalı başa çatdı
-
17:50
U-17 millimiz Özbəkistana məğlub olub
-
17:36
AFFA Premyer Liqa klublarının maliyyə menecerləri üçün seminar keçirib
-
17:14
Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş futzal turniri başlayıb
-
16:43
Əliyar Ağayev Fatih Terimin komandasının oyununda
-
16:27
Ağadadaş Salyanski: “Bojoviç nə qərar versə, o da olacaq”
-
16:05
Şahin Bağırov Bərdədə voleybol klubunun ilk məşqini izləyib
-
15:52
Azərbaycanlı basketbol məşqçilərinə sertifikatlar təqdim olunub
-
15:38
PSJ-nin prezidenti "Qarabağ"ı təbrik etdi
-
15:11
"Qəbələ"nin futbolçusu əməliyyat olunub
-
14:49
Azərbaycanın üç bədii gimnastı Bolqarıstandakı turnirdə iştirak edəcək
-
14:04
PFL hakim təyinatlarını açıqladı
-
13:56
Juninyo: "Qarabağ"la 2 illik müqaviləm var, amma...”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO
-
09:30
"Qəbələ"də 300-cü oyun
-
22:39
Qurban Qurbanov: “Bəli, mənə müəllim, hoca deyirlər, amma...”
-
22:14
Bojoviç: “...gözləmək lazımdır”
-
22:00
Avropa çempionatı: Azərbaycan boksçusu yarımfinala vəsiqə qazanıb
-
21:48
"Zirə" və "Qarabağ" finalda
-
21:26
"Qarabağ" - "Neftçi" matçında 5 qol VİDEO
-
20:11
Sxadadze: “Zirə” həm yaxşı oynadı, həm də xarakter göstərdi”
-
19:23
"Zirə"ni finala yüksəldən qələbə VİDEO
-
18:57
Rəşad Sadıqovdan qələbə şərhi VİDEO
-
17:05
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
-
16:48
Region Liqası: Finalın yeri və başlama saatı müəyyənləşib
-
16:12
“Qəbələ” - “Zirə”: Heyətlər açıqlandı
-
15:24
Zubir Liqa 1 klubunun hədəfində
-
15:09
Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib
-
14:56
“ETOPAZ”ın baş sponsorluğu ilə “Fire League”da növbəti tur başa çatıb FOTOLENT
-
14:30
“Zirə”nin kapitanı: “Məqsədimiz finala çıxmaqdır”
-
14:03
"Səbail" məşqlərini davam etdirir FOTOLENT
-
13:41
Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
-
13:27
Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
-
12:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
12:34
"Yurqorden" rəsmisi Musa Qurbanlının gedişini istisna etmədi
-
12:19
"Neftçi" "Qarabağ" önünə iki itki ilə çıxacaq