29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Qarabağ”ın yubiley səfəri

Topaz Premyer Liqasının XVIII turunun “Kəpəz”lə oyunu “Qarabağ” üçün yubileylə əlamətdar olub. 
 
Futbolxeber.az-ın məlumatına görə, Ağdam klubu ölkə çempionatlarında 350-ci səfər matçına çıxıb. 1:0 hesabı ilə qələbə qazanan Qurban Qurbanovun yetirmələri yubileyi 3 xalla qeyd edib. Ümumilikdə 711 matç keçirən “Qarabağ” rəqib meydanlarındakı 350 çempionat matçında hesabına 541 xal toplayıb. Əyalət klubu səfər matçlarının sayında yalnız “Neftçi”dən geri qalır. Paytaxt klubu rəqib meydanında 351 matç keçirib.
 
Qeyd edək ki,  “Qarabağ” ilk səfər oyununa 1992-ci il mayın 9-da çıxıb. Salyanda “Plastik”lə görüşən ağdamlılar 2:0 hesabı ilə qələbə qazanıb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31