20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Artıq hər bir rəqib üçün təhlükəli komandaya çevrilmişik” (MÜSAHİBƏ)

Ötən gün Topaz Premyer Liqasının XVIII turu çərçivəsində “Neftçi” doğma meydanda “Sumqayıt”ı 1:0 hesabı ilə məğlub edib. Ev sahibi komandanın çexiyalı futbolçusu Zdenek Folprext matçdan sonra Futbolxeber.az-ın da suallarını cavablandırıb:
 
- Vacib qələbə qazandıq. Belə oyunlarda vurduğun qolun nə qədər baxımlı olub-olmadığı vacib deyil. Əsas qol vurmaq və qələbə qazanmaqdı. Rəqib qapıçı bu matçda möhtəşəm dayandı. Bir epizodu xatırladım. Zərbəni vurduqdan sonra qolu qeyd etmək üçün qaçırdım, amma həmin anda qapıçı zərbəni dəf etməyə bacardı. O, fantastik seyv etməklə yadda qaldı.
 
- Sizin komandada da bu cür qapıçının oynamasını istərdiniz?
- Bizdə də yaxşı qapıçılar var. Fikrimcə, onlar komandanın səviyyəsinə uyğundurlar.
 
- İlk yarıda kifayət qədər qol epizodu yarada bilmədiniz. Bunun səbəbi nə idi?
- Meydançaya, hava şəraitinə uyğunlaşmaq üçün vaxt lazım idi. Birinci hissədə bunu etdik. İkinci yarıda həm qara, həm də meydançaya uyğunlaşdığımızdan, rahat oynayırdıq.
 
- Uzun fasilədən sonra “Neftçi” 7-ci pilləni tərk etdi...
- Komandaya yeni qoşulmuşam. Gəldiyimiz vaxtda 4 oyun keçirmişik. Məncə 2017-ci ilə yaxşı başlamışıq. Turnir cədvəlindəki mövqeyimizi, eləcə də oyunumuzu yaxşılaşdıracağımıza əminəm.
 
- Həm “Qarabağ”a, həm də “Qəbələ”yə qarşı oynamısız. Çempionluq uğrunda yarışan bu klublardan hansı rəqibi daha güclü sayırsınız?
- “Qarabağ”la heç-heçə edib, “Qəbələ”yə uduzduq. Buna baxmayaraq, “Qarabağ”ı daha güclü sayıram.
 
- Qeyd etdiniz ki, komandanız yeni ildə 2 qələbə qazanıb. “Neftçi”nin uğursuzluq seriyasından çıxdığını düşünmək olarmı?
- Ümid edirəm ki, uğursuzluq zolağından çıxdıq. Artıq hər bir rəqib üçün təhlükəli komandaya çevrilmişik.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30