19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Qriqorçuk: “Yaxşı nəticə əldə etmək üçün bütün imkanı var”

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk Rusiya mətbuatına müsahibə verib. 
 
Futbolxeber.az-ın məlumatına görə, “Sport uik-end” nəşrinə danışan  ukraynalı mütəxəssis Avropa Liqasının 1/8 final mərhələsinin “Zenit” (Rusiya) – “Anderlext” (Belçika) cütlüyü barədə fikir bildirib. 
 
Təcrübəli çalışdırıcı Rusiya təmsilçisinin favorit olduğunu deyib: “Anderlext" ciddi rəqibdir. "Qəbələ" ilə eyni qrupda yer almışdı. Amma "Zenit" cütün favoritidir. Onlar bütün göstəricilərdə rəqiblərini üstələyirlər. “Zenit”in yaxşı nəticə əldə etmək üçün bütün imkanı var”.
 
"Zenit"in baş məşqçisi Mirça Luçeskudan da söhbət açan Qriqorçuk onunla Ukraynada işləyərkən rəqib kimi qarşılaşdığını deyib: "Luçesku haqda yalnız yaxşı şeylər danışa bilərəm. O, “Şaxtyor”da işləyəndə komandasını elə qurmuşdu ki, mənə əvvəlcədən hər şey aydın olurdu. Yəni, rəqib necə oynayacaq və səni nə gözləyir. Taktiki mənada təşkilatlanmış oyunları vardı. Həm də futbolçularının fərdi ustalığına görə “Şaxtyor”un Ukrayna çempionatında yaxşı nailiyyətləri olurdu”.
 
Qeyd edək ki, UEFA Avropa Liqasında 2016/17 mövsümünün qrup mərhələsində “Anderlext”lə üz-üzə gələn “Qəbələ” rəqibinə həm səfərdə, həm də evdə eyni hesabla, yəni 1:3 uduzmuşdu.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30