23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Filip Ozobiç: “Qarabağ”ı məğlub etməliyik” (MÜSAHİBƏ)

“Qəbələ”nin yarımmüdafiəçisi Filip Ozobiçin Futbolxeber.az saytına müsahibəsi

- “Zirə” ilə oyunda 2 vacib xal itirdiniz. 2:2 hesabı ilə yekunlaşan görüş barədə nə deyə bilərsən?

- Təəssüf ki son dəqiqələrdə qol buraxdıq. Həqiqətən də vacib 2 xal itirdik. Qələbəyə çox yaxın idik. İndi “Qarabağ”ı məğlub etməliyik.

- Son saniyələrdə qələbə hesabını qortuya bilməməyinizi nə ilə əlaqələndirmək olar: bəxtsizlik, yoxsa...?

- Bilmirəm. 2 qol buraxdıq, belə olmaz. Bəxtsizlik deyərdim.

- Hakimin matçın sonuna əlavə etdiyi dəqiqələrdə buraxılan qolu “Qəbələ” üçün ikiqat zərbə saymaq olar?

- Yox, futbolda belə hallar olur. Artıq növbəti oyuna hazırlaşmalıyıq.

- Oyunun gedişində azlıqda qalan “Qəbələ” olsa da, qazanılan 1 xala görə “Zirə” həddindən artıq çox sevinirdi. Bu, nədən irəli gələ bilər?

- Bilmirəm. Yəqin ki, uduzmadıqları üçün sevinirdilər. Görünür, bu gün bizdən xal almağı çox istəyirdilər

- “Qəbələ”nin oyununda yenə hakimlik gündəmə gəldi. Rasim Ramaldanova verilən qırmızı vərəqəni haqlı saymaq olar?

- Hakimlər barədə nəsə demək istəmirəm

- Növbəti turda çempionluq uğrunda əsas rəqibiniz olan “Qarabağ”la qarşılaşacaqsınız...

- Həmin matçda qalib gəlmək istəyirik. Amma bu oyunun çempionluğun taleyini həll edəcəyini düşünmürəm. Hələ qarşıda çox oyunlar olacaq.

- Amma “Qarabağ”a uduzsanız, sonradan rəqibə çatmaq çətin olacaq...

- Biz də qalib gəlmək istəyirik. Qələbə qazanmaq üçün kifayət qədər şansımız var.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30