19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Ölkə futbolu

Svanadze: “Neftçi”yə qarşı kompleks yaranıb”

Bu gün Topaz Premyer Liqasında XVII tura yekun vurulub. 
 
Futbolxeber.az-ın məlumatına görə, günün son oyununda “İnter” doğma meydanda “Neftçi”yə 1:3 hesabı ilə məğlub olub. “İnter Arena”dakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Zaur Svanadze məğlubiyyəti belə şərhə edib:
 
- Kompleks şəkildə yaxşı oynamadıq. Xüsusilə müdafiə xəttində çox pis çıxış etdik. Ümid edirəm ki, növbəti oyunlarda bu vəziyyəti düzəldərik. Deyəsən, “Neftçi”yə qarşı kompleks yaranıb. Çempionatda son iki məğlubiyyəti bu komadaya qarşı oyunlarda almışıq. Hesab 1:2 olduğu zaman yaxşı şanslarımız var idi. Ancaq dəyərləndirə bilmədik. Bu, futboldu. Qarşıdakı oyunlara hazırlaşacağıq.
 
- Elnur Abdullayevin yoxluğu komandaya necə təsir göstərdi?
- Ruslan Abışovun getməsindən sonra dayaq yarımmüdafiəçimiz yoxdu. Buna görə, Skarlatakeni irəli çəkmişdik. 
 
- Beynəlxalq Bankın sponsorluqdan imtina etməsindən sonra komandada ruh düşkünlüyü yaranmayıb ki?
- Xeyr, belə deməzdim. Sadəcə, komandada “Neftçi”yə qarşı sindrom yaranıb. Peşəkar futbolçu meydana çıxanda hər şeyi unudur, yalnız oyuna köklənir.
 
- Bukmeker kontorlarında oyundan öncə “Neftçi”nin qələbəsinə daha çox pul qoyulub. Futbolçularınızın bu oyunu vermək ehtimalı nə dərəcədədi? 
- Xeyr, mənim komandam belə şeylərə əl atmır.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30