20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Elxan Abdullayev: “Fasilədən əvvəl uşaqlara deyirdim ki…”

Bu gün Topaz Premyer Liqasında XVII tura yekun vurulub. 
 
Futbolxeber.az-ın məlumatına görə, günün son oyununda “İnter” doğma meydanda “Neftçi”yə 1:3 hesabı ilə məğlub olub. “İnter Arena”dakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Elxan Abdullayev qələbəni belə şərhə edib:
 
- Komandamı təbrik edirəm. Bu 3 xal bizə çox lazım idi. Yeni ildən sonrakı ilk iki görüşdə qələbə qazana bilməmişdik. İlk hissədə erkən qol vursaq da, bir ara problem yaşadıq. Amma ikinci hissədə gözəl futbol oynadıq. Hücumçularımızın qol vurmasına çox sevindim. Potensialımız var, daha yaxşı oyun göstərmək olar”.
 
- Bu oyunla 4-cü pilləyə qalxmaq perspektiviniz nə qədərdi?
- Fasilədən əvvəl uşaqlara deyirdim ki, nə vaxtsa itirilən xallar bizə lazım olacaq. 3 xala görə vuruşacağıq. Biz öz oyunumuzu göstərib qələbələrimizi qazanmağa çalışacağıq.
 
- Növbəti turda “Sumqayıt”la qarşılaşacaqsınız. Bu oyundan nə gözləyirsiniz?
- Ağır oyun olacaq. Amma qələbə qazanmağa çalışcağıq.
 
- “Neftçi”nin tamamilə dəyişdiyini demək olarmı.
- Bəli, çox dəyişib. Futbolçular özlərinə inamlı çıxış edirlər. Buraxılan qola görə qapıçımızı qınamıram. Çoxdandı oynamır, praktika baxımdan problemi var. Təəssüf ki, mövsümün əvvəlində bu heyətlə oynamırdıq.
 
- Bugünkü “Neftçi” sizin tam görmək istədiyiniz komandadı?
- Əlbəttə, xeyr. Biz üzərimizdə çox işləməliyik. Heç bir məşqçi tam razı qala bilməz.
 
- Bu gün limitə görə Maksim Vaylonu oynatdınız. Bu problem nədən qaynaqlanır?
- Bizdə 5 zədəli yerli futbolçu var. Baykoviç sözsüz ki, Vaylodan güclüdü. Amma onu qınamırıq. Çalışacağıq gələn matçlarda da ona şans verək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30