22 Mart 2026, Bazar günü
Qərəz, yoxsa antipatiya? - YAZI
Axundzadə MLS-də debüt etdi
“Turan Tovuz”dan vacib qələbə
Hidayət bürünc medal qazandı

Ölkə futbolu

Vernidubun son durumu bəlli oldu

“Qəbələ”nin müdafiəçisi Vitali Vernidubun vəziyyətinə aydınlıq gəlib. Futbolxeber.az-ın məlumatına görə, Premyer Liqanın XVII turunun AZAL-la oyununda zədələnən ukraynalı futbolçunun zədəsinin ciddi olduğu aşkarlanıb.
 
Bu gün MRT-dən (Maqnit Rezonans Tomoqrafiyası) keçən Vernidubun ayağına gips qoyulub. Apasport.az-a danışan “Qəbələ”nin həkimi Roman Jolobaylyuk müdafiəçinin ən azı 1 ay komandasına kömək edə bilməyəcək: “Bu gün tibbi müayinədən keçən Vernidubun topuğunda sınıq aşkarlandı. Ayağına gips qoyuldu. İki həftədən sonra təkrar müayinədən keçəcək. Ən azı 3 həftə müalicə prosesi davam etməlidi. Həmin müddətdən sonra isə bərpa prosesi başlanacaq və bunun dəqiq nə qədər çəkəcəyini indidən demək çətindi. Buna məşqçilər korpusu qərar verəcək”.
 
Müayinədən sonra futbolçunun müvafiq olaraq fərdi və kollektivlə məşqlərdə iştirak edəcəyini nəzərə alsaq, “Qəbələ”nin 1 aydan çox, təxminən 5-6 həftə Vernidubun xidmətindən məhrum olacağını proqnozlaşdırmaq mümkündü.
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2026
B.eÇ.aÇC.aCŞB
01
02 03 04 05 06 07 08
09 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31