19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Kəpəz" yenə uduzdu, "Neftçi"nin ilk qələbəsi

Bu gün Topaz Premyer Liqasında XVII tura yekun vurulub. 
 
Futbolxeber.az-ın məlumatına görə, ikinci oyun günündə də iki görüş baş tutub. İlk olaraq, “qonşu” komandalar üz-üzə gəlib. “Sumqayıt” doğma meydanda özündən 1 pillə aşağıda qərarlaşan və qış fasiləsindən sonra xal qazana bilməyən “Kəpəz”i 3:1 hesabı ilə məğlub edərək daha da irəliləyib.
 
Bundan bir qədər sonra isə futbolsevərlər Bakı derbisinin şahidi olublar. “Neftçi” səfərdə digər paytaxt təmsilçisi “İnter”i 3 qolla üstələyərək yeni ildə ilk qələbəsini qazanıb.
 
Qeyd edək ki, cari tura ötən gün keçirilən “Qəbələ” – AZAL (2:0) və  “Qarabağ” – “Zirə” (2:0) matçları ilə start verilib.
 
Topaz Premyer Liqası
XVII tur
9 fevral 
 
“Sumqayıt” – “Kəpəz” - 3:1 
QOL: Sergey Çernışev, 7; Azər Salahlı, 28; Məhəmməd Qurbanov, 61 - Kərim Diniyev, 71
Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Cavanşir Yusifov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Rauf Əmirov
Hakim-inspektor: Əhmədağa Cabbarov
“Kapital Bank Arena”
 
“İnter” – “Neftçi” - 1:3 
QOL: Rauf Əliyev, 35 - Daniel Seqovia, 13; Namiq Ələsgərov, 17; İqnasio Herrera Fernandes, 58
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Mübariz Haşımov
Əlavə köməkçi hakimlər: Ömər Paşayev, Elvin Əsgərov 
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Vüsal Əliyev
“İnter Arena”
 
 
N
Klublar
O
Q
H
M
T-F
X
1
17
12
3
2
31-8
39
2
17
11
5
1
34-8
38
3
17
7
8
2
28-18
29
4
17
5
7
5
19-22
22
5
17
6
3
8
14-18
21
6
17
3
6
8
12-21
15
7
17
4
1
12
13-33
13
8
17
1
5
11
8-31
8
 
 
Bombardirlər:
Filip Ozobiç ("Qəbələ") - 9 qol
Baqali Dabo ("Qəbələ") - 7 qol



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30