19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

"Zirə"nin müdafiəçisi: “Meydanda dostluq, qardaşlıq yoxdur”

Bu gün Topaz Premyer Liqasında XVII turu çərçivəsində “Qarabağ” doğma meydanda “Zirə”ni 2:0 hesabı ilə məğlub edib. Matçdan sonra qonaq komandanın portuqaliyalı müdafiəçisi Migel Lorenso Futbolxeber.az saytının suallarını cavablandırıb:
 
- Gözlənildiyi kimi, oyun çox çətin keçdi. Liderlərə qarşı oynamaq həmişə çətin olur. Bu cür komandalara qarşı səhvsiz oynamağa çalışmalı idik. Təəssüflər olsun ki, səhv etdik və “Qarabağ” kimi komandalar bundan yaxşı istifadə edir. 
 
- Amma kənardan asan göründü. Oyundan əvvəl deyirdilər ki, bunlar yaxın komandalardır və “Qarabağ” asanlıqla qələbə qazanacaq. Bu barədə nə deyə bilərsən?
- Futbolda, yəni meydanda dostluq, qardaşlıq yoxdur. “Qarabağ” öz işini, biz də öz işimizi gördük. Nəticədə “Qarabağ” qələbə qazandı və onları təbrik edirəm. Nəinki “Qarabağ”, digər komandalara qarşı da mübarizə aparırıq. Burada heç bir dostluqdan söhbət gedə bilməz. 
 
- Çempionatın səviyyəsi səni qane edir? Sanki, rəqabətsizlik var. “Qəbələ” və “Qarabağ”dan başqa, digər komandalar arxa planda qalıb.
- Düşünürəm ki, müəyyən qədər haqlısınız, müəyyən qədər yox. “Qəbələ” və “Qarabağ”ın səviyyəsi fərqli ola bilər. Amma gəlin etiraf edək ki, rəqiblər üçün bizim, “İnter”in, AZAL-ın meydançasında oynamaq heç də asan deyil. Bu meydanlarla oynamaq “Qəbələ” və “Qarabağ” üçün də asan deyil. Bizim kimi komandalar da inkişafdadır, Oyunboyu səviyyəmizi qaldırmaqdayıq. Gələcək günlərdə çempionatımızı daha yaxşı görəcəyik. 
 
- Sön dönəmlərdə hakim səhvələri gündəmdədir. Ötən tur sizin də bir qolunuz sayılmadı. Bu barədə hansı fikirdəsən?
- Hakimlər haqqında danışmaq istəmirəm. Oyun zamanı biz öz işimizi görürük, onlar da öz işini. Futbol, öz oyunumuz barədə danışa bilərəm, amma onlar haqda yox. 
 
- Çempionatımızda 8 komanda var və onların yarısı avrokuboklara vəsiqə qazanacaq. Səncə, bu, ölkə futbolunun inkişafı baxımından nə dərəcədə düzgündür?
- Məncə, çox müsbət haldır. Çünki 4 komanda avrokuboklara gedə bilirsə, bu yerlər uğrunda gərgin mübarizə gedir. Bu, çempionatın marağını daha da artırır və daha əzmkar çempionat izləyə bilərik.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30