28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Qurban Qurbanov: “Bəhanə axtarmalı deyilik”

Bu gün Topaz Premyer Liqasında XVII tura start verilib. Futbolxeber.az-ın məlumatına görə, lider “Qarabağ” doğma meydanda “Zirə”ni 2:0 hesabı ilə məğlub edib. “Azərsun Arena”dakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi  komandanın baş məşqçisi Qurban Qurbanov qələbəni belə şərh edib: 
 
- Çox vacib qələbə qazandıq. İlk oyunlarda bəzi çatışmazlıqlarımız var idi. Amma mən bunu normal qəbul edirdim. Bu gün isə topla səliqəli davrandıq. “Zirə” düzgün müdafiə olunmaqla bizə problem yaradırdı. Şükürlər olsun ki, qollar vurduq və vacib qələbə əldə etdik. Ayxan Abbasova və “Zirə”yə uğurlar arzu edirəm.
 
- Reynaldonun gedişi və Kintananın zədələnməsi sizə nə dərəcədə təsir edəcək?
- Kintana əsas oyunçularımızdan biridi. Topla yaxşı davranmağımızda onun böyük rolu var. Amma biz belə hallarla razılaşmalıyıq, futboldu, hər oyunçunun başına gələ bilər. Bəhanə axtarmalı deyilik. Ola bilsin, oyuna köklənməkdə müəyyən problemlərimiz olsun.
 
- Növbəti tur qarşılaşacağınız “Kəpəz”in stadionunun ot örtüyü futbolçular üçün arzuolunmazdı. Bununla barışacaqsızmı, yoxsa başqa təklif irəli sürəcəksiz?
- Biz həmin meydançada oynamalıyıq. “Kəpəz”in hazırda nəticə baxımından durumu o qədər də yaxşı deyil. Buna görə də, bizim qarşı tərəfə müraciət etməyimiz yaxşı çıxmaz.
 
- “Qəbələ”nin bugünkü oyununda hakim AZAL-ın penaltisini verməyib. Bununla bağlı danışmaq istəyirsizmi?
- Roman Qriqorçukla bir-birimizə hörmətlə yanaşırıq. Bu cür səhvlər hər oyunda ola bilər. Odu ki, mənim nəsə fikir bildirməyim düzgün olmaz.
 
- “Qarabağ”ın hakim köməyinə ehtiyacı varmı, yoxsa bu klubu gözdən salmağa çalışırlar?
- İnanmıram ki, Azərbaycanda “Qarabağ”ı gözdən salmağa çalışan adam olsun. Mən bu klubda çalışmağın məsuliyyətini həmişə dərk etmişəm. Sadəcə, fikirlər ola bilər, hərə öz fikrini deyir. Verilən açıqlamalara reaksiya vermirəm, başımızı aşağı salıb, işimizi görürük.
 
- Rəşad Sadıqovun meydanlara qayıdışı hansı oyunda reallaşa bilər?
- Rəşadın 15 illik futbol təcrübəsi var. Özünüz ona lider adını vermisiniz. Onda bu keyfiyyətlər olduğu üçün o adı vermisiz. Rəşad 3-5 ay oynamasa belə, hazır olsa, çıxıb normal oynayacaq. Mən Rəşada inanram.
 
- Qarşıdan gələn “Qəbələ” ilə oyun sizin üçün həlledici görüş ola bilərmi?
- Belə düşünmürəm. Çempionatda hər oyunda xal itirmək ehtimalımız var. Çünki bütün komandalar düzgün oyun göstərməyə başlayıblar. AZAL bizimlə görüşdə olduğu kimi, “Qəbələ”yə qarşı da yaxşı oyun göstərib. Odu ki, “Qəbələ ilə qarşılaşmada qeydə alınan nəticə əsas olmayacaq. (Apasport.az)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31