4 Noyabr 2025, Çərşənbə axşamı
Abubakar son 6 ilin ilkinə imza atdı
Saşa İliç qələbəni şərh etdi
Berdıyev: “Qələbəyə layiq idik”
161 gün sonra yenidən Tovuzda

Ölkə futbolu

“Rəqibi təzyiq altında saxlamalıydıq”

Bu gün Topaz Premyer Liqasında XVII tura start verilib. 
 
Futbolxeber.az-ın məlumatına görə, günün ilk oyununda “Qəbələ” doğma meydanda AZAL-ı 2:0 hesabı ilə məğlub edib. Qəbələ şəhər stadionundakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın məşqçisi Sənan Qurbanov qələbəni belə şərh edib: 
 
- Digər oyunlara olduğu kimi, AZAL-la matça da hazırlaşımışdıq. Topa daha çox sahib olub, meydanda dominantlıq etmək istəyirdik. Rəqibi təzyiq altında saxlamalıydıq. Lazım olan erkən qolu vura bilməsək də, 3 xal qazana bildik.
 
- Oyun ürəkaçan olmadı. Rəqib 10 nəfərlə heç də sizdən geri qalmırdı. 2-ci qola kimi müqavimət göstərdilər..
- Psixoloji gərginliyi üzərimizdən atmalı idik. Futbolda belə şeylər olur.
 
- Daniel Subotiç komandaya gələndən “Qəbələ” daha çox cinahdan hücumlar qurmağa çalışır. 
- Hücumçunun meydanda divar kimi olmasını daha çox istəyirik. O, hava ötürmələrində yaxşı oynayır. Bundan istifadə etmək istəyirik.
 
- Ruslan Qurbanov ilk gəldiyi vaxtlardakı oyununu sərgiləmir...
- Ruslan çox potensiallı oyunçudu. İnanırıq ki, artıracaq. Futbolçunun oyun üslubu var. 
 
- Müdafiçiləri bir-bir itirirsiniz. Bu gün də Vernidub sıradan çıxdı. Yeni transfer Rasim Ramaldanovun isə adını iştirak ərizəsində görmədik.
- Zədəsi ciddidi, yaxın vaxtlarda bilinəcək. Ramaldanov fərdi məşqlər edir. (Futbolinfo.az)
 







Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Noyabr 2025
B.eÇ.aÇC.aCŞB
01 02
03 04 05 06 07 08 09
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30