29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

“Neftçi”nin ispaniyalı hücumçusu: “Vəziyyətim elə də ideal deyil”

“Neftçi”nin ispaniyalı hücumçusu Daniel Seqoviya klubun rəsmi saytına açıqlamalar verib. Futbolxeber.az sizi həmin müsahibə ilə tanış edir:
 
- Yeni komandaya, ab-havaya uyğunlaşa bilmisiz?
- Ab-havaya artıq tam uyğunlaşmışam. “Neftçi”də məni hər şey qane edir. Komanda yoldaşlarım məni isti qarşıladı, buna görə onlara minnətdaram. Klub rəhbərliyi və məşqçilər heyəti məni gözəl başa düşür. Qalır yalnız qol vurub azarkeşləri sevindirmək.
 
- Özünüzü qarşıdakı oyunlara hazır hesab edirsinizmi?
- Təbii ki, bir müddət komandasız məşq etdiyimi nəzərə alsaq, vəziyyətim elə də ideal deyil. Amma formamı itirməmişəm. Fikrimcə, optimal forma yığmaq üçün mənə daha 5-6 gün lazım olacaq.
 
- Bəs ilk qol üçün necə?
- Qol vurmaq üçün 100 faiz hazır olmaq vacib deyil. Sadəcə, lazımı vaxtda lazımı yerdə olmaq kifayətdir.
 
- Əsas heyətdəki yer uğrunda Huqo Barqasla mübarizə aparacaqsız. Amma görünür rəqabət sizin münasibətinizə pis təsir göstərmir.
- Bütün komanda yoldaşlarımla, eləcə də Huqo ilə münasibətim yaxşıdır. Əgər o daim qol vursa, mən buna yalnız şad olaram. Əsas odur, komanda qələbə qazansın. Əlbəttə, mən də “Neftçi” üçün faydalı olmaq istəyirəm və hesab edirəm ki, Huqo ilə rəqabətimizin bütün komandaya xeyri dəyəcək. Kim daha yaxşı hazır olsa, o da oynayacaq.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31