19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Telman İsmayılov futboldan danışdı: “Millimizin çıxışı məndə iftixar hissi oyatdı”

Azərbaycanlı iş adamı Telman İsmayılov "APA-Economics"ə müsahibəsində futboldan da danışıb.

Futbolxeber.az saytının məlumatına görə, tanınmış iş adamı Türkiyənin “Antalyaspor” futbol klubunun sponsoru olmağınız barədə də yazılanlara münasibət bildirib.

T. İsmayılov “Gələcəkdə digər klublara dəstək göstərmək niyyətiniz varmı? Hansı idman növü ilə maraqlanırsınız” suallarını belə cavablandırıb:

- Bir zaman mənim belə bir imkanım var idi. Bəzi idman təşkilatlarını, məsələn "Antalyaspor" və digərlərini dəstəkləyirdim. İstərdim ki, nə vaxtsa, yəni problemlər həll olunduqdan sonra Moskva və Azərbaycanda yaxşı idman məktəbi yaradım. Gələcəkdə Azərbaycanda yeni futbol məktəbi yaratmağa hazıram. Hesab edirəm ki, öz ölkəmdə gənc idmançılar yetişdirilməlidir və legionerlərin köməyi olmadan keçinmək lazımdır.

Yeri gəlmişkən, futbol üzrə dünya çempionatının seçmə mərhələsində Azərbaycan yığmasının uğurlu çıxışını qeyd etmək istəyirəm. Startdakı üç oyundan iki qələbə və heç-heçə məndə iftixar hissi oyatdı.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30