18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Novruzov da “100-lüy”ə çatdı

“Zirə”nin futbolçusu Nurlan Novruzov Azərbaycan çempionatlarında 25-ci qolunu vurub. 
 
Futbolxeber.az-ın məlumatına görə, hücumçunun yubiley qolu Topaz Premyer Liqasının XVI turuna təsadüf edib. “Kəpəz”lə görüşdə komandasına 1:0 hesablı qələbə qazandıran qola imza atan forvard mövsümdə 1-ci, karyerasında 25-ci çempionat qoluna imza atıb. Nurlan buna 114-cü matçında nail olub. “Zirə”dəki 39 qarşılaşmada 4 dəfə rəqib qapısına yol tapan futbolçu daha iki komandada çıxış edib. “Bakı”da 60 matçda 20, “Sumqayıt”da isə 15 görüşdə 1 dəfə fərqlənib.
 
O, 25 qol vuran 106-cı futbolçu olub. Nurlan bombardirlər siyahısında ilk “100-lüy”ün son sıralarına – 97-106-cı yerlərə şərik olan 10 futbolçudan biridir.
 
Xatırladaq ki, Nurlan ilk qolunu 2011/12 mövsümündə vurub. O, XIX turun 2012-ci il martın 7-də keçirilən “Neftçi” ilə ev oyununun (1:3) 87-ci dəqiqəsində fərqlənib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30