20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Ölkə futbolu

Rəsul Çunayev: “Neftçi”nin oyunçularını tanımıram”

Topaz Premyer Liqasının 16-cı turunda keçirilən “Sumqayıt” - “İnter”lə (2:) oyununu izləyənlər arasında tanınmış idmançı, yunan-Roma güləşi üzrə “Rio-2016”nın bürünc medalçısı, I Avropa Oyunlarının qalibi Rəsul Çunayev də olub.
 
Matçdan sonra Futbolxeber.az-ın suallarını cavablandıran Çunayev qohumunun oyununu izləməyə gəldiyini deyib: “Sumqayıt”da Fərhad Qıstarov oynayır. O mənim yaxın qohumumdur. Ona dəstək olmaq üçün gəlmişdim. Birinci dəfədir ki, futbol matçına gəlirəm. Öz idmanımla əlaqədar olaraq, futbola baxmağa vaxtım olmur. Buraya gəldim ki, Fərhada dəstək olum. “Qəbələ” ilə oyunlarına gedib baxa bilmədim. Bu gün axşam məşqim yoxdu deyə, vaxt tapıb gələ bildim. Yaxının oyununa baxanda həyəcanlanırsan”.
 
Çunayev qeyd edib ki, hətta ölkə futbolunun flaqmanı olan “Neftçi” haqda da məlumatsızdır: “Azarkeşlik etdiyim komanda yoxdur. Ümumiyyətlə “Neftçi”nin heyətində kimlərin oynadığını bilmirəm. Heç bir komandaya azarkeşlik etmirəm. İstər yerli olsun, istər xarici. Çünki vaxt olmur. Səhər-axşam öz idmanımla məşğul oluram”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30