20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Meza Kolli: “Ən yaxşısı hakimlərə çox da fikir verməməkdir”

Bu gün Topaz Premyer Liqasında XVI tura yekun vurulur. Futbolxeber.az-ın məlumatına görə, günün ilk matçında “Zirə” doğma meydanda “Kəpəz”ı 1:0 hesabı ilə məğlub edib. Matçdan sonra ev sahibi komandanın paraqvaylı yarımmüdafiəçisi Sezar Meza Kolli sualları cavablandırıb:
 
- Düşünürəm ki, komandamız çox yaxşı mübarizə apardı. Bizim üçün ən vacibi 3 xal idi, onu da qazandıq. Çox mənunam. Komandamla fəxr edirəm.
 
- Matçın 20-ci dəqiqəsində qırmızı vərəqə aldının. Həmin epizodda nə baş verdi?
- Həmin epizodu elə də xatırlamıram. Bircə onu xatırlayıram, yerə yıxıldım və duranda hakim mənə qırmızı vərəqə göstərdi. 
 
- Maraqlısı odur ki, hakimin bu qərarına nə sən, nə də komanda yoldaşların etiraz etmədi…
- Artıq qərar verildikdən sonra nə edə bilərdik ki? Vərəqə verilmişdi və bundan sonra hər hansısa etiraza ehtiyac yox idi. 
 
- Hakimliklə bağlı narazılıqlar vardı: çox vərəqələrə göstərdi. Bu barədə nə deyə bilərsən?
- Ən yaxşısı hakimlərə çox da fikir verməməkdir. Yəni kəskin etirazlar baxımından… Düşünürəm ki, balanslaşdırılmış siyasət yeridilməlidir.
 
- “Balanslaşdırılmış siyasət” deyəndə nəyi nəzərdə tutursunuz?
- Yəni hakim tərəfindən yalnış qərar da olsa, nəsə etmək lazım deyil. Artıq qərar qəbul olunub. 
 
- “Zirə” qoladan sonra sırf müdafiə olundu. Komandanın gücü çatmadı, ya necə?
- Əvvəl də dediyim kimi, vacib olan 3 xal idi. 10 nəfərlə çıxış etdiyimiz üçün sırf müdafiə barədə düşünməli idik. Hesabı sona qədər qorumalı idik və buna da nail olduq.
 
- “Zirə” və “Qarabağ”ın bir yerdən idarə olunduğu deyilir. Növbəti oyununuz da bu komanda ilədir. Bu matçda nə edəcəksiniz?  Komandanız özünü sübut etmək üçün çalışacaq, ya deyilənləri təsdiqləyəcək?
- Bu barədə heç nə deyə bilmərəm. Çünki bu matçı buraxmalı olacam. Növbəti günlərdə bu matçı dəyərləndirə bilərəm. Hazırda heç nə deyə bilmərəm. 
 
- “Zirə” və “Qarabağ”a “qardaşlaşmış komandalar” deyirlər. 
- Bu meydançadan kənar ola bilər, amma meydanda sırf mübarizə gedəcək. Siz də bilirsiniz ki, “Qarabağ”a qarşı oyunlar həmişə çətin olur. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30