23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Şahin Diniyev: “Belə olsa, dərhal komandanı tərk edərəm”

Bu gün Topaz Premyer Liqasında XVI tura yekun vurulur.
 
Futbolxeber.az-ın məlumatına görə, günün ilk matçında “Zirə” doğma meydanda “Kəpəz”ı 1:0 hesabı ilə məğlub edib. Zirə İdman Kompleksinin stadionundakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən qonaq komandanın baş məşqçisi Şahin Diniyev qələbəni belə şərh edib:
 
- Belə oyundan sonra danışmaq çətindi. Komanda bütün oyunu hücumda olsa da, əldə etdiyimiz qol fürsətlərindən istifadə edə bilmədik. 9 nəfərlə müdafiə olunan rəqibə qol vurmaq çətindi. Bunun üçün oyunçularda ustalıq səviyyəsi yaxşı olmalıdı. Məğlubiyyətdə günahkar mənəm. Heç kimi günahlandırmaq istəmirəm. Özümüz bu “quyuya” düşmüşüksə, özümüz də çıxmalıyıq. “Zirə”ni təbrik edirəm. Komanda 65 dəqiqə yaxşı müdafiə olundu.
 
- Doğrudan da, komandada sizin “torbanız tikilir”?
- İnanmıram. Belə şey olsa, dərhal komandanı tərk edərəm. Bu, ən rahat çıxış yoludu - məğlubiyyəti futbolçuların, hakimlərin üstünə atmaq. Əgər belə bir şey varsa da, bunda günahkar mənəm.
 
- Dario yenə istənilən səviyyədə oynamadı...
- Onun 90 dəqiqə yüksək səviyyədə oynaması üçün fiziki cəhətdən tam hazır olmalıdı. Təlim-məşq toplanışına gec qoşulduğundan, tam hazır deyil.
 
- Nicat Qurbanov barədə nə deyə bilərsiz?
- Nicatın potensialı var. Sadəcə, bunu aça bilmir. Çox istəyərdim ki, o oynasın. Ancaq bunu gərək özü də istəsin.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30