20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Ayxan Abbasov: “Məşqçiliyə başlayanda özümə söz vermişəm ki…”

Bu gün Topaz Premyer Liqasında XVI tura yekun vurulur.
 
Futbolxeber.az-ın məlumatına görə, günün ilk matçında “Zirə” doğma meydanda “Kəpəz”ı 1:0 hesabı ilə məğlub edib. Zirə İdman Kompleksinin stadionundakı matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Ayxan Abbasov qələbəni belə şərh edib:
 
- Belə ağır oyundan sonra danışmaq çətindi. İlk dəqiqələrdən qırmızı vərəqə almağımız işimizi çətinə saldı. Bilirdik ki, “Kəpəz” son məğlubiyyətdən sonra bizimlə oyuna ciddi yanaşacaq. Bu matç 6 xallıq oyun idi. “Kəpəz”lə xal fərqini bir az da artırdıq. Bu komandayla oyun həmişə çətin keçir. Keçən dəfəki oyunda da qırmızı vərəqələr olmuşdu. Futbolçulara, azarkeşlərə təşəkkür edirəm. Oyunçulara da demişəm ki, komandada əzmkarlığı artırmaq lazımdı.
 
- İki oyun, iki qələbə...
- Bu oyun səfərdə olmalıydı. Düzür, iki oyuna 6 xal fikirləşməmişdik. 4 xal planlaşdırmışdıq. Futbolçularda ardıcıl məğlubiyyətlərdən sonra psixoloji cəhətdən gərginlik yaranmışdı.
 
- Yeni transferlərin çıxışından razı qaldınız?
- Yeni transferləri bir qədər gec etdik. Çünki onların müqaviləsi var idi. Onları bir həftəyə seçməmişik. Bir aydı ki, onları izləyirdik. Hələ tam uyğunlaşmayblar. Bugünkü oyunlarından razı qaldım.     
 
- Bu gün Bəxtiyar Soltanov stadionda idi. Onun komandaya qoşulması mümkündü?
- Bəlkə, “Kəpəz”ə görə gəlib. Ancaq onun mövqeyində oyunçularımız var. Buna görə, onunla maraqlanmırıq.
 
- Bəs sizdə hansı mövqeyə oyunçu lazımdı?
- İstəyərdim ki, dayaq yarımmüdafiəçisi transfer edək. Çünki bu mövqedə 3 oyunçumuz var. Hansısa zədə, sarı vərəqə olsa, çətinlik çəkə bilərik.
 
- Bu gün oyunun “qəhərəman”ı hakim idi. Onun qərarlarıdan razı qaldız?
- Məşqçiliyə başlayanda özümə söz vermişəm ki, hakimlik barədə danışmayacam. Oyunun tempi çox sarı vərəqə olmasının əsas səbəbi idi. Məncə qırmızı vərəqə haqlı idi. Fikrimcə, bu gün hakimlərin üzərinə çox düşmüşük. Hakimlər də insandı, səhv edə bilər. Oyunçular hər epizoddan sonra danışırdı. Belə olmamalıdı. Bu barədə özlərinə də demşəm.
 
- Bu cəhətdən Anar Nəzirov fərqlənirdi...
- Bu barədə onunla danışacam. Qapıçı daha səbrli olmalıdı. Ancaq onun oyununda razı qaldım.
 
- “Zirə” və “Kəpəz” arasında nə baş verir? Ötən oyunlarda da bu cür qalmaqallar olmudşu...
- Rəqib komandanın baş məşqçisinə hörmətim var. Ancaq meydandan kənarda “Kəpəz”lə aramızda heç bir problem yoxdu. Ola bilsin, ancaq rəqabətdən qaynaqlanır.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30