19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Fariz Nəcəfov: “Dəfələrlə danışdıq, heç bir ölçü götürülmədi”

Bu gün Topaz Premyer Liqasında XVI tura start verilib. Futbolxeber.az-ın məlumatına görə, “Qəbələ” doğma meydanda “Neftçi”ni 1:0 hesabı ilə məğlub edib. Ev sahibi klubun vitse-prezidenti Fariz Nəcəfov qələbəni belə  şərh edib:
 
- Gözlənildiyi kimi oyun çətin keçdi. "Neftçi" qışda heyətini bir neçə futbolçu ilə gücləndirib. Artıq komandada müsbət ab-hava var. Qələbə qazandığımıza görə sevincliyik. 
 
- Hiss olunur ki, komandanın hücum xəttində yenə problem var. Daha bir hücumçu transfer edəcəksiniz?
- Yox. Hər il komandalarda bu problem olur. İsətnilən komanda qış fasiləsindən sonra 1-2 həftə özünə gələ bilmir. Düşünürəm ki, komandamız yaxın vaxtlarda özünə gələcək. Heyətdə kifayət qədər keyfiyyətli hücumçularımız var. Mənə elə gəlir ki, oyundan-oyuna hər şey öz yerini tutacaq. 
 
- Daniel Subotiç qayıdışını qolla qeyd etdi. Bu barədə nə deyə bilərsiniz?
- Bu, bizi sevindirir. Subotiç bizdə oynayıb, potensialına bələdik və məşqçimiz də onu tanıyır. O, çox istəkli, əzmkar oyunçudur. İnanıram ki, komandanın uğurlarında böyük əməyi olacaq. 
 
- “Qəbələ”nin vurduğu qolda oyundankənar vəziyyət olduğu görünür...
- Epizodun təkrarına baxmaq lazımdır. Eşitdim ki, oyundankənar vəziyyət var, amma baxmaq lazımdır. 
 
- Ümumiyyətlə, hakim səhvləri çoxalıb...
- Bu barədə danışmaq istəmirəm. Çünki bu barədə dəfələrlə danışdıq, heç bir ölçü götürülmədi. 
 
- Ən çox da "Qəbələ" hakimlikdən narazıdı...
- Biz narazı olduğumuz epizodları bildirdik, faktlarla hər şeyi ortaya qoyduq. Bunlara qiymət vermək, azarkeşlərə, jurnalistlərə qalsın. Bununla bağlı heç nə danışmaq istəmirəm. 
 
- Son 1 həftədə "Qəbələ" və "Qarabağ" komandaları arasında "soyuq müharibə" gedir...
- Vallah, hansı müharibədən söhbət getdiyini bilmirəm. Azarkeşlər və fan-klublar arasında "soyuq müharibə" olar bilər. 
 
- Həttə klub rəsmiləri də bu barədə danışırlar...
- Yox. "Qarabağ" bizim narazılıqlarımızı öz üzərinə götürməsin. Mən "Qarabağ"ın rəhbərliyinə, baş məşqçisinə və bütün futbolçularına inanıram. Bilirəm ki, onlar həmişə düzgün mübarizə aparırlar və axıra qədər də aparacaqlar. Bizim narazılığımız hakimlərədi. Dediyimiz sözlərin hamısı hakimlərə və onları idarə edən qurumlaradı. Birbaşa onlara etirazımızı bildiririk.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30