29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Cavid Hüseynov: “Çempionluq haqda düşünmürük”

Bu gün Topaz Premyer Liqasının XVI turu çərçivəsində “Qəbələ” doğma meydanda “Neftçi”ni 1:0 hesabı ilə məğlub edib. Matçdan sonra  Futbolxeber.az saytının suallarını cavablandıran ev sahibi komandanın yarımmüdafiəçisi Cavid Hüseynov qələbəni belə şərh edib: 
 
- Oyun ağır keçdi. Hamı da görür ki, fasilədən sonra “Neftçi”də inkişaf var. Ona görə də ağır olacağını bilirdik. Bizim də fasilədən sonra qələbəmiz yox idi. “Sumqayıt”la heç-heçədən sonra bizə qələbə lazım idi. Qələbə qazandığımız üçün də sevincliyik. 
 
- Çətinliklə qələbə qazandınız. “Qəbələ” hələ tam hazır deyil, yoxsa rəqib güclü müqavimət göstərdi?
- Hər oyun çoxlu qol şanslarımız olur, sadəcə olaraq, onlardan yaxşı istifadə edə bilmirik. İnanıram ki, bundan sonra daha rahat qələbə qazanacağıq. 
 
- Hakimlərin idarəçiliyi ilə bağlı nə deyə bilərsən? Tez-tez narazılıqlar oldu. Misal üçün, Ruslan Abışova ikinci sarı vərəqəni göstərə bilərdi…
- Bu barədə heç danışmaq istəmirəm. 
 
- Bəs öz oyunun barədə nə deyə bilərsən? 
- Birinci hissə zəif oynadım. İstədiyim kimi alınmadı. İkinci yarı oyunum nisbətən alındı. İnanıram ki, oyundan-oyuna artım olacaq.
 
- AZAL-la oyundan sonra demişdin ki, mənə bir toplanış lazımdır. İstədiyin formaya düşməyə nə qədər vaxt qalıb?   
- 1-2 oyun qalıb. Çox qalmayıb. Yəni pik nöqtəyə çatmaq üçün…
 
- Aydın məsələdir ki, iki komanda - “Qarabağ” və “Qəbələ” çempionluq uğrunda mübarizə aparır. Son vaxtlar dab u iki komanda ilə bağlı çox söz-söhbətlər var…
- Daha biz çempionluq haqda danışmırıq, düşünmürük. Bu haqda heç nə deməyəcəm. 
 
- Hakim söz-söhbətlərinə görə, yoxsa necə?
- Yox, ümumiyyətlə, özümüzə söz vermişik ki, çempionluq haqda bir kəlmə belə danışmayacağıq. Hər oyuna qələbə üçün çıxırıq. Axırda nə olacağını görəcəyik.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31