24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

Qurbanov: “Futbol elə səviyyəyə gəlib çatıb ki…”

"Çox vacib qələbə qazandıq. Ağır oyun oldu". 
 
Futbolxeber.az-ın məlumatına görə, bu sözlər "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova məxsusdu. Topaz Premyer Liqasının XVI turunda AZAL-ın qonağı olan ağdamlılar hesabda geri düşmələrinə baxmayaraq, meydanı qalib tərk etməyi bacarıblar - 2:1.
 
Görüşdən sonra təşkil edilən mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib: "Oyuna pis başladıq, nəzarəti ələ ala bilmədik. Rəqib yaxşı müdafiə olundu. Buna baxmayaraq, qol imkanlarımız oldu. Təəssüf ki, Dani Kintananı itirdik. Ola bilsin ki, o, uzun müddətə sıradan çıxdı. Yenə də futbolçularımı, azarkeşləri təbrik edirəm. AZAL da gözəl formalaşmış komandadı".
 
- Kintananın yoxluğu çempionluq yolunda sizə nə dərəcədə zərbə olacaq?
- Düşünürəm ki, zərbədi. Düzdü, heyətdə onu əvəz edəcək oyunçular var. Amma Kintana kimi futbolçunun olmaması problem yaradacaq. Onunla yanaşı, Riçardın da yoxluğu topla davranmağımıza təsir edir. Həkimlər son sözü sabah deyəcəklər.
 
- İki oyundu hesabda geri düşürsünüz. Qol buraxmağınızın səbəbi nədi?
- Qol buraxırıqsa, hansısa diqqətsizlik olur. Komanda oyunu meydanın rəqibə aid hissəsində qurursa, istər-istəməz müdafiədə boşluq yaranır. Futbol elə səviyyəyə gəlib çatıb ki, istənilən rəqibdən istənilən nəticəni gözləmək olar. Futbolda belə hallar normaldı. (Apasport.az)
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30