19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Ölkə futbolu

Qriqorçuk: “Onlar məni əsəbləşdirir”

Bu gün Topaz Premyer Liqasında XV tura start verilib. 
 
Futbolxeber.az-ın məlumatına görə, “Qəbələ” doğma meydanda “Sumqayıt”la 1:1 bərabərə qalıb. Matçdan sonra keçirilən mətbuat konfransında açıqlama verən ev sahibi komandanın baş məşqçisi Roman Qriqorçuk heç-heçəni belə şərh edib:
 
 “Bütün oyunu tək qapıya oynadıq. Rəqibin yaxşı təhlil olunmamasından söhbət belə gedə bilməz. Oynadığımız komandanın düzgün qiymətləndirilməməsini də söyləmək olmaz. Futbolçularımız matç boyu çalışdılar. “Sumqayıt”ın hücum etdiyi azsaylı epizodları saymasaq, demək olar ki, bütün qarşılaşma nəzarətimizdə idi. On dəfələrlə vurğulamışam ki, yaradılan qol imkanlarından yararlana bilmirik. Bu dəfə də belə oldu. Meydanda 4 hücumçu olmasına baxmayaraq, heç birinin belə oyunda qol vura bilməməsini izah etmək çətindir. Prinsipcə, taktika, hərəkətlilik, istək, çalışqanlıq barədə danışmaq yersizdir. Çünki hər şey etdik, böyük üstünlük qazandıq, lakin çox sayda qol imkanlarından yararlana bilmədik. İkinci hissədə bunların sayı ilk yarıdakı kimi olmadı. Amma sona çatdırmadığımız elə epizodlar oldu ki, onlar məni əsəbləşdirir”.
 
Ukraynalı mütəxəssis hücum xəttinin gücləndirilməsi haqqında da fikrini bildirib: “Mən elə düşünürəm ki, icarədə olan futbolçularımız bizə qarşı oynamamalıdır. Bu mənim şəxsi fikrimdir və dəyişməz qalacaq. Bizə bir addım atmaq lazımdır. Hücum xəttini gücləndirməliyik. Komandaya qol vurmağı bacaran hücumçu lazımdır. Əslində, hücumçu belə də olmalıdır. O, qollar vurmalıdır. Bu gün heyətimizdəki hər hücumçu 3 qol vurmalı idi. Təbii ki, çalışmaq da lazımdır. Amma bu, bir gün çalışmaqla deyil. Gərək vergi də olsun. Elə buna görə də hücumçular azdır, bahadır, tapılmır. Ümid edirik ki, gələcək oyunçu hücumların sonluğunda bizə kömək edəcək. Bizim komandada belə oyunçu mövsümə 30 top vura bilər. Bu gün biz aşkar üstünlüyə malik idik. Tək qapıya oynadığımız matç böyük hesabla başa çata bilərdi. Amma yeganə qolumuzu standart vəziyyətdən sonra mərkəz müdafiəçisi vurdu”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30