25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Qriqorçuk: “60 yaşlı hücumçu axtarıram”

Bu gün Topaz Premyer Liqasında XV tura start verilib. 
 
Futbolxeber.az-ın məlumatına görə, “Qəbələ” doğma meydanda “Sumqayıt”la 1:1 bərabərə qalıb. Matçdan sonra “CBC Sport”a açıqlama verən ev sahibi komandanın baş məşqçisi Roman Qriqorçuk heç-heçəni belə şərh edib:
 
“Belə bir oyunda qol vurmamaq, qalib gəlməmək mümkün deyildi. Xeyli sayda qol vurmaq imkanlarımız oldu. Bir deyil, bir neçə qol vura bilərdik. Bu da ondan irəli gəlirik, hücumun sonluğunda ustalıq səviyyəmiz kifayət qədər yaxşı deyil. Bunun üzərində işləməliyik və bunun üçün də az vaxt deyil, xeyli müddət lazımdır. Xal itkisinə səbəb qalib gəlməməyimiz oldu”.
 
Ukraynalı mütəxəssis komandada hücumçu problemi olduğunu bir daha dilə gətirib: “Əlbəttə ki, oyunçu, xüsusilə də hücumçu transfer etmək istəyirik. Uşaqlarla da belə zarafat edirəm ki, artıq elə hücumçu istəyirəm ki, mənimlə eyni yaşda – 60 yaşında olsun və rəqibin cərimə meydançasında dayanıb, sadəcə qol vursun. Başqa hərəkəti lazım deyil, sadəcə qol vursun. Vəziyyət o yerə gəlib çıxıb ki, belə bir adam axtarırıq, hücumçularımız qol vurmur”.
 
Təcrübəli çalışdırıcı yeni transfer Araz Abdullayevlə bağlı da danışıb: “Son günlər Arazla bağlı çox fikirlər söyləmişəm. Çox böyük potensiala malik bir futbolçudur. Sadəcə olaraq, biz birlikdə çalışaraq, bu potensialı açmalıyıq”. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30