20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Zirə” qələbə ilə başladı

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətlərinin yarışında XV turun oyunları keçirilir. 
 
Futbolxeber.az-ın məlumatına görə, “Zirə”nin əvəzediciləri qış fasiləsindən sonra ilk oyununda AZAL-ı qəbul edib. Bu oyun baş məşqçi İlham Qurbanovun əvəzedici komandanın baş məşqçisi kimi ilk rəsmi qarşılaşması idi.
 
Matçın ilk dəqiqələrindən gərgin mübarizə izlənib. Oyun daha çox mərkəzdə getsə də, tərəflər imkan düşdükcə irəli atılırdı. Bu baxımdan “gənc qartallar” daha yaxşı oynayıblar. Murad Səttarlının ötürməsindən sonra Tapdıq Əhmədov hesabı açıb. İlk yarı zirəlilərin 1-0 hesablı üstünlüyü ilə tamamlandı.
 
Fasilədən az sonra ev sahibləri üstünlüyünü daha da artırıb. Bu dəfə Murad Səttarlı fərqlənib – 2-0. Ardından qonaqlar irəlidə təzyiqi artırıb. “Təyyarəçilər” buraxılan qollardan birinin əvəzini çıxa biliblər. Amma “Zirə” bundan artığına imkan verməyib və “gənc qartallar” 3-cü dövrəyə qələbə ilə başlayıblar.  
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30