Ölkə futbolu
Tadas Simaitis: “Türkiyə və ya İspaniyada olsaydıq…”
“Çempionatın ikinci hissəsi üçün təlim-məşq toplanışını Bakıda keçsək də, hər şey ideal oldu. Bizim üçün yaxşı şərait yaradılmışdı. İstədiyimiz kimi də hazırlaşa bildik”.
Futbolxeber.az-ın məlumatına görə, bu sözləri klub saytına “Kəpəz”in qapıçısı Tadas Simaitis deyib. Litvalı qolkiper Premyer Liqanın qış fasiləsində “Kəpəz”in hazırlığı haqda danışarkən belə söyləyib.
O, sözlərinə bu cür davam edib: “Türkiyə və ya İspaniyada da olsaydıq, belə hazırlaşacaqdıq. Mən fərq görmürəm. Əsas olan toplanışdan səmərəli yararlanmaqdır. Düşünürəm ki, biz fasilə dövründən güclənməyimiz üçün ən yaxşı şəkildə istifadə edə bildik. Fiziki kondisiyalarımızı artırdıq, taktiki və texniki yöndə məşq etdik, yoxlama oyunları keçirdik. Biz sözlə, təlim-məşq toplanışı uğurlu alındı”.
Simaitis “sarı-göylər”i çempionat üçün hazır saydığını da vurğulayıb: “Fikrimcə, Premyer Liqaya hazırıq. Bütün komanda yoldaşlarım hazırlıq dövründə verilən tapşırıqları yerinə yetirməklə üzərinə düşəni etdi. Tətil günlərində də boş oturmamışdıq. Formamızı qorumaq üçün fərdi qaydada hazırlaşmışdıq”.
“Kəpəz” III dövrənin ilk oyununda səfərdə “İnter” ilə görüşəcək. Çərçivə qoruyucusu bu matç haqda da fikirlərini bölüşüb: “Komanda qələbəyə oynayacaq. Düzdür, rəqibimiz də eyni məqsəd üçün meydana çıxacaq. Odur ki, bizi qarşıda çətin oyun gözləyir. İlk iki dövrədə onlarla keçirdiyimiz görüşlərdə qalib müəyyənləşməyib. Bakıdakı qarşılaşmada qələbəyə daha çox yaxın idik. Təəssüf ki, artırma dəqiqəsində mənim səhvimdən sonra qapımızda qol gördük və hesab bərabərləşdi. İndi daha yaxşı oynamalıyıq”.
Tadas “sarı-göylər”in Avropa Liqasına vəsiqə qazanmaq üçün mübarizə aparacağını amma bunun heç də asan olmayacağını bildirib: “Əgər qitə miqyaslı turnirə yenidən vəsiqə qazanmağı düşünürüksə, yersiz yerə xal itirməməliyik. Bütün oyunlara maksimum nəticə üçün çıxmalıyıq. Rəqiblərimiz də eyni istəklə mübarizə aparırlar. Ona görə də bu mövsüm daha çətin olacaq. Şans həmişə var, sədəcə, imkandan düzgün yararlanmaq lazımdır. Bizi qarşıda daha 14 oyun gözləyir. Marafon uzundur, layiqli şəkildə çıxış edib azarkeşlərimizi bir daha sevindirməliyik”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- Avropa çempionatında möhtəşəm nəticə
-
18:49
Azərbaycan kuboku: "Zirə" finalda (YENİLƏNİR)
-
17:05
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
-
16:48
Region Liqası: Finalın yeri və başlama saatı müəyyənləşib
-
16:12
“Qəbələ” - “Zirə”: Heyətlər açıqlandı
-
15:24
Zubir Liqa 1 klubunun hədəfində
-
15:09
Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib
-
14:56
“ETOPAZ”ın baş sponsorluğu ilə “Fire League”da növbəti tur başa çatıb FOTOLENT
-
14:30
“Zirə”nin kapitanı: “Məqsədimiz finala çıxmaqdır”
-
14:03
"Səbail" məşqlərini davam etdirir FOTOLENT
-
13:41
Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
-
13:27
Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
-
12:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
12:34
"Yurqorden" rəsmisi Musa Qurbanlının gedişini istisna etmədi
-
12:19
"Neftçi" "Qarabağ" önünə iki itki ilə çıxacaq
-
11:08
Avropa çempionatı: Beş boksçumuzun beşi də uduzdu
-
10:52
Azərbaycan kuboku: Hakim təyinatları açıqlandı
-
10:36
"Arsenal" "Çelsi"ni darmadağın etdi VİDEO
-
10:23
Samir Abasov - əvvəl “El Klasiko”, sonra Xavi ilə görüş FOTOLENT
-
10:11
"Latsio" "Yuventus"u məğlub etsə də... VİDEO
-
09:59
Güləş üzrə U-17 Azərbaycan çempionatı start götürüb
-
09:47
"Beşiktaş" səfərdən heç-heçə ilə qayıtdı VİDEO
-
21:48
“Qəbələ” “Zirə” ilə cavab oyununa itkilərlə çıxacaq
-
21:11
U-17 millimiz Belarusa məğlub oldu
-
21:00
"Füzuli" "Şəmkir"i məğlub etdi VİDEO
-
18:39
"Azərreyl" Azərbaycan çempionu oldu
-
17:52
"Sumqayıt" - "Qarabağ" oyununa nə qədər bilet satılıb?
-
17:04
Yarımfinal oyunlarına təyinatlar açıqlandı
-
16:45
Kadi: “Mən həmişə hazıram”
-
16:17
Azərbaycanın U-17 millisi Belarusda turnirə qatılacaq
-
15:36
“Neftçi”nin legioneri: “Fürsət düşsə, Rumıniyaya qayıdardım”
-
14:53
Millimizin rəqibi Baltik kubokunda yarışacaq
-
14:21
Valdemar Almeyda: “İlk üçlükdə olmaq üçün bütün oyunlarda qalib gəlməliyik”
-
14:08
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
-
13:49
"Olimpiadada Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram"
-
13:34
AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
-
13:12
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib
-
12:55
"Qarabağ"ın uğurlarına sevinirəm, amma "Neftçi" mənə daha əzizdir" VİDEO
-
12:27
Bakıda UEFA fitnes məşqçilik kursunun I modulu başlayıb
-
12:06
Şeydayevin qaçırdığı qol şansları... VİDEO
-
11:43
Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
-
11:18
"Azərbaycan voleybol tarixində belə finala şahidlik etməmişdik"
-
10:50
"Final görüşünün əhəmiyyətini başa düşürdük"
-
10:39
Avropa çempionatı: Ülviyyə Fətəliyevadan maksimum nəticə
-
10:24
"Fənərbaxça" çempionluq yolunda ağır zərbə aldı VİDEO
-
10:12
Masaki Murata: “Bu tip insanlar həmişə problem axtarır”
-
09:57
Milan derbisində 3 qol, 3 qırmızı vərəqə VİDEO
-
09:41
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
-
09:28
"Roma" öz meydanında "Bolonya"ya uduzdu VİDEO
-
00:10
Diniyev - Şeydayev mübarizəsində kim sevindi?
-
20:38
“Neftçi” rəhbərliyi I Liqa klubunun prezidenti ilə görüşdü