20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Şahin Diniyev: “Liderlərə yaxınlaşmaq üçün…”

Topaz Premyer Liqasında sabah qış fasiləsi başa çatır. 
 
Futbolxeber.az-ın məlumatına görə, mövsümün ikinci yarısı 3-cü dövrənin oyunları ilə start götürəcək. Gəncənin “Kəpəz” klubu XV turda səfərdə meydana çıxacaq. “Sarı-göylər” Bakıda “İnter”in qonağı olacaq. Tərəflər arasında bu mövsüm ilk iki dövrədə keçirilən oyunlarda qalib müəyyənləşməyib. Rəqiblər paytaxtda 2:2 hesablı qollu heç-heçəyə razılaşıblarsa, Nizami yurdunda keçirlən matçda hesab açılmayıb – 0:0.
 
Bu oyun öncəsi “sarı-göylər”in baş məşqçisi Şahin Diniyev klub saytına açıqlama verib: “Son iki mövsümdə “İnter”lə aramızda gərgin mübarizə gedir, çox heç-heçələr və minimal hesabla uduzduğumuz oyunlar olub. İlk dövrədə Bakıda oynadığımız matçda qələbəyə biz yaxın idik. Rəqib son dəqiqələrdə vurduğu qolla məğlubiyyətdən xilas oldu. Yenə tərəfləri meydanda çətin oyun gözləyir. Xal qazanmaq hər iki komandaya lazımdır. Əgər “İnter” qələbə ilə yerini möhkəmləndirməyə çalışacaqsa, biz liderlərə yaxınlaşmaq üçün 3 xala oynayacağıq. Turnir cədvəli baxımından gərgin görüş gözlənilir. Əvvəlki matçlardan geri qalmayacaq oyun olacaq. Azarkeşlər də bu mübarizənin şahidi olacaqlar”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30