25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

“Kəpəz”də itkilər

Sabah Topaz Premyer Liqasının XV turunda səfərdə “İnter” ilə qarşılaşacaq “Kəpəz” bu gün oyunun keçiriləcəyi stadionda məşqə çıxıb. 
 
Futbolxeber.az-ın məlumatına görə, matç öncəsi son hazırlıq prosesi 45 dəqiqə davam edib. “Sarı-göylər” Bakı klubu ilə görüşə itkilərlə çıxacaq. Belə ki, qarşıdakı matçda gəncəlilər üç futbolçusunun xidmətindən yararlana bilməyəcək. Komandanın iki üzvü soyuqdəymədən əziyyət çəkdiyindən meydana çıxmayacaq. Müdafiəçi Şəhriyar Əliyev və yarımmüdafiəçi Vüqar Bəybalayev xəstələnib. Düzdür, sonuncunun matçın “18-liy”inə salınması mümkündür. Tibb personalı sabah təkrar müayinə ilə Bəybalayevin durumunu bir daha nəzərdən keçirəcək.
 
Müdafiəçi Renan Alveş isə cəzalıdır. Braziliyalı ötən ilin sonunda “Qəbələ” ilə səfər oyununda qırmızı vərəqə almışdı.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30