29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Renat Dadaşov: "Öz-özümə sual verdim ki, Azərbaycan..."

Bundesliqada mübarizə aparan Frankfurt “Ayntraxt”ının 19 yaşadək futbolçulardan ibarət komandasının hücumçusu, Azərbaycan millisinə yeni dəvət alan Renat Dadaşovun apasport.az-a açıqlamalar verib. Futbolxeber.az sizi həmin müsahibə ilə tanış edir: 
 
- FİFA sizin Azərbaycan millisində iştirakınıza icazə verdi. Bu, necə reallaşdı?
- AFFA-dan dəvət gəldi. Öz-özümə sual verdim ki, Azərbaycan millisində oynamaq istəyirəmmi? Çox düşündüm və yekunda qərarımı verdim. Mən Azərbaycan millisində oynamaq istəyirəm.
 
- Sizin qərarınızda həlledici rolu nə oynadı? 
- Mən Almaniya millisində oynadım. Bilirsiz, bu nə deməkdi?! Onlar məni istəyirdilər. Daim əsas heyətdə yer alırdım, yaxşı oyunlar keçirdim. İnşallah, Azərbaycan millisində də karyeram uğurlu alınacaq. Qərarımı verdikdən sonra dedim ki, Azərbaycan millisində oynamaq istəyirəm. Onlar razılıq verdilər.
 
- Bu danışıqlar çoxdan başlamışdı? Azərbaycan millisində oynamaq təklifini konkret nə vaxt aldız?
- Bir qədər olar. Soruşdular, bu dəfə artıq “yox” deyə bilmədim. Mənə hər dəfə “düşün, düşün” deyirdilər. Nəticədə də Azərbaycan millisində oynamağı qətiləşdirdim.
 
- Almaniyada sizə böyük ümidlər bəslənilir. Bu mənada onlar Azərbaycan millisində oynamaq qərarınızı necə qarşıladılar?
- Düzdü, onlar Almaniya millisində qalmağımı istəyirdilər. Bu, futboldu. Amma sabah necə olacağını bu gün demək mümkün deyil. Mənim istəyim belədi. Əgər mən Azərbaycan millisində çıxış etmək istəyirəmsə, almanlar bunu əngəlləyə bilməzlər. Onlar yekunda dedilər ki, yaxşı, istəyirsənsə, biz heç nə edə bilmərik. Necə istəyirsən, elə də olsun.
 
- Azərbaycan millisində debüt matçını martda Almaniya millisinə qarşı keçirə bilərsiz. Bu barədə nə düşünürsüz?
- İstərdim ki, həmin oyunda iştirak edim. Lakin bu təkcə məndən asılı deyil. Baş məşqçinin qərarı rol oynayacaq. Onun məni əsas komandaya dəvət edib, etməməsindən çox şey asılıdı. Bunun üçün isə Almaniyada klubum – “Ayntraxt”ın heyətində özümü yaxşı tərəfdən göstərməliyəm. Bu mənada hər şey qaydasında olsa, inanıram ki, baş məşqçi məni Almaniya ilə oyuna dəvət edəcək.
 
- Baş məşqçi Robert Prosineçki ilə bu barədə danışığınız olubmu?
- Bəli, olub. Onunla bir neçə dəfə danışmışıq. Futbol söhbətlərimiz olub. Mənə nələr etməli olduğumu başa salıb.
 
- AFFA-dan sizinlə kim danışıq aparırdı?
- Baş katib Elxan Məmmədov və AFFA-nın seleksiya məsələləri üzrə baş koordinatoru  Riyad Rəfiyev.
 
- Almaniya millisində qalmaqla, dünya və Avropa çempionu tituluna yiyələnə bilərdiz. Düşünmürsüz ki, bu seçiminiz karyera baxımından sizə mənfi təsir göstərə bilər?
- Mən Azərbaycan millisində oynamaq və bu komandanın heyətində dünya çempionatına qatılmaq istəyirəm.
 
- Yığmamızda oynamaq qərarınızı verərkən, millimizdə oynamış böyük qardaşınız Rüfətlə məsləhətləşdizmi?
- Bəli, məsləhətləşdim. Axı, mənim qardaşımdı, bir ürək kimiyik. O dedi ki, özün düşün. Müsbət və mənfi məqamları mənimlə müzakirə etdi. Yekunda bildirdi ki, əgər sən ürəkdən Azərbaycan millisində oynamaq istəyirsənsə, buna razılaş.
 
- Vaxtilə Azərbaycanın U-15 yığmasına dəvət alsaz da, sonradan Almaniya millisini seçdiz. Səbəb nə oldu?
- Necə yəni niyə seçdim? Həmin vaxt mənim üçün ən yaxşısı Almaniya millisində oynamaq idi. Bundestimin ən yaxşı futbolçuları sırasına düşməyi bacardım. Onlarla birgə çıxış etmək mənə çox şey qazandırdı. Yəni, nə istədiyimi bilirdim. Buna görə də həmin vaxt Almaniya yığmasını seçmişdim. İndi isə seçimimi Azərbaycan millisinin xeyrinə etdim.
 
- Azərbaycan millisini seçməyiniz klubdakı çıxışınıza mane olmayacaq ki?
- Xeyr, hansısa ziyanı olmayacaq.
 
- Ailəniz Azərbaycanı nə vaxt tərk edib və bu nə ilə bağlı olub?
- Valideynlərimlə birlikdə Bakıya gələndə bu haqda ətraflı danışarıq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31