25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

"Səbail" qələbəylə qayıdır

"Səbail" bu gün Antalyada sonuncu yoldaşlıq görüşünü keçirib. 
 
Futbolxeber.az-ın məlumatına görə, “aslanlar”ın rəqibi Macarıstanın aşağı dəstə təmsilçisi "Szeged" klubu olub. "Arcadia Hotel"in stadionunda baş tutan oyunda təmsilçimiz 2:1 hesablı qələbə qazanıb. Qalib komandanın qollarını Ramazan Abbasov və Orxan Səfiyaroğlu vurub.
 
“Səbail ” meydana bu əsas heyətlə çıxıb: Rəşad Əzizli, Saşa Yunisoğlu (K), Anar Babayev, Fərid Səmədzadə, Ramazan Abbasov, Orxan Qurbanlı, Aslan Hüseynov, Eltun Yaqublu, Ruslan Tağızadə, Bayram Budaqov, Mirzağa Hüseynpur.
 
"Səbail" yanvarın 28-i Antalya toplanışını yekunlaşdıracaq və həmin gün günorta saatlarında vətənə qayıdacaq.
 
Qeyd edək ki, Elman Sultanovun baş məşqçisi olduğu komanda ilk sınağında Qazaxıstan təmsilçisi "Kyran"a 2:4 hesabı ilə uduzsa da, ikinci matçda "Ayntraxt Northeym"lə (Almaniya) qolsuz bərabərə qalıb. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30