25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Ölkə futbolu

Reynaldo ilə vida (Foto)

"Qarabağ"ın futbolçusu Reynaldonun "Adanaspor"la müqavilə imzalamaq üçün bu gecə Türkiyəyə getməsi ilə bağlı yazmışdıq.
 
Futbolxeber.az-ın məlumatına görə, artıq komanda yoldaşları braziliyalı hücumçu ilə vidalaşmağa başlayıb. Bu barədə Ağdam klubunun futbolçuları - Riçard Almeyda və Miçel Madera sosial şəbəkədə paylaşım ediblər.
 
Almeyda Reynaldo ilə olan fotosunu şəxsi "instagram" hesabında paylaşıb və bu sözləri yazıb: "Əziz qardaşım, yaxşı yol. Həyatının yeni mərhələsində sənə uğurlar arzu edirəm. Tanrı həmişə səni qorusun. Həmişə olduğu kimi, "Adanaspor"da da böyük uğurlar qazanacağına əminəm. Mənə görə də narahat olma. Sənin üçün həmişə darıxacağam. Səninlə keçirdiyimiz anlar çox gözəl idi".
 
İspan futbolçu da Reynaldoya yeni karyerasında uğurlar arzulayıb: "Qardaş, sən bizi buraxıb gedirsən. Hər şey üçün təşəkkürlər. Sənə həyatının yeni mərhələsində uğurlar arzulayıram!!! Səni çox sevirəm! Sən həmişə mənim ailə üzvüm olacaqsan, ürəyimdə olacaqsan. Uğurlar, qardaş!"
 
Qeyd edək ki, Reynaldo 2013-cü ildən "Qarabağ"da çıxış edir.
 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30