25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Ölkə futbolu

"Bursaspor"un Bakıda olan rəsmisi: "Prosineçki ilə danışıqları dayandırdıq"

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin Türkiyənin "Bursaspor" klubuna keçidi reallaşmayıb. 
 
Futbolxeber.az-ın məlumatına görə, bu barədə "Report"a Bakıda xorvatiyalı mütəxəssislə danışıqlar aparmaq üçün səfərdə olan klubun futbol şöbəsinin müdiri Yüksel Çolak açıqlama verib. O bildirib ki, Prosineçki AFFA ilə 2017-ci ilin sonunadək müqaviləsinin və anlaşmada təzminat maddəsinin olduğunu əsas gətirərək, təklifi qəbul etməyib. 
 
Y. Çolak danışıqların uzanma səbəbinə də aydınlıq gətirib: "Biz Prosineçkinin özü ilə yox, meneceri ilə görüşdük. Meneceri də təklifi baş məşqçi ilə müzakirə edəcəyini bildirdi. Buna görə cavab alanadək gözləməli olduq. Bizə dedilər ki, Prosineçkinin müqaviləsində yüksək təzminat maddəsi var. Bu da bizə uyğun olmadığı üçün danışıqları dayandırdıq".
 
"Bursaspor" rəsmisi artıq xorvatiyalı mütəxəssislə danışıqları tamamladıqlarını və yaxın vaxtlarda yenidən bu mövzuya qayıtmayacaqlarını da vurğulayıb. O, Azərbaycan klublarından hər hansı futbolçu ilə maraqlandıqlarına dair xəbərləri də təkzib edib: "Azərbaycanda futbol son illər inkişaf edir. Milli və klub futbolu səviyyəsindəki uğurlarınız bizləri də sevindirir. Milli komandanızın futbolçusu Dəniz Yılmazın "Bursaspor"dakı çıxışından məmnunuq. Amma Bakıda olduğumuz müddətdə heç bir futbolçunuzla danışıqlar aparmamışıq və onlardan hansınısa özümüzlə aparmayacağıq".
Qeyd edək ki, "Bursaspor" bir neçə gün öncə Hamza Hamzaoğlunu baş məşqi postunda istefaya göndərib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30