29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Birinci divizon klubları fasilədən necə yararlanır? I YAZI

Qış fasiləsi zamanı Premyer Liqa klubları kimi, I divizion təmsilçiləri də mövsümün ikinci yarısı üçün çalışmalarını davam etdirirlər. Lakin yüksək liqadan fərqli olaraq, I divizion klublarının heç də hamısı qış fasiləsində fəallıq nümayiş etdirmir. 14 klubdan yalnız ikisi - “Şəmkir” və “Səbail” ölkə xaricində hazırlıq keçir ki, bu da birbaşa maddi durumla bağlıdır.

Futbolxeber.az saytı olaraq bir neçə yazı ilə I divizion klublarının qış fasiləsindəki fəaliyyətini dəyərləndirəcəyik.

“TURAN TOVUZ”

Tovuz klubu ilk dövrədə özünü yaxşı tərəfdən göstərməyi bacardı. Uzun müddət məğlubiyyət acısı yaşamayan Əsgər Abdullayevin komandası etibarlı müdafiəsi ilə seçilirdi. Fasiləyə kimi işlər yaxşı getsə də, dekabr-yanvar aylarında “Turan Tovuz”dan səs-səmir yoxdu.

Yanvarın 8-də təlim-məşq toplanışına başlayan komanda hələ heç kimi transfer etməyib. Halbuki əsas rəqiblərdən “Şəmkir” və “Səbail” heyətini xeyli gücləndirib və hələ bu istiqamətdə çalışmalarını davam etdirirlər.

“Turan Tovuz” yeni transfer reallaşırmasa da, artıq 4 nəfər komandadan ayrılıb. Bunlar Elmin Çobanov, Elnur Sultanlı, Əlimirzə Daşzərini və Vüsal Qarayevdi. Komandanın təlim-məşq toplanışına gec start verməsi, 4 futbolçu ilə yolları ayırması və heç kimi heyətinə qatmaması təbii ki, ikinci yarıda liderin fasiləyəqədərki səviyyədə çıxış edəcəyinə dair şübhələrə yol açır.

“BAKILI”

İlk dövrədə özünü yaxşı tərəfdən göstərə bilməyən, 13 oyundan yalnız 2-də qələbə qazanan “Bakılı” həm də 51 topla çempionatın qapısında ən çox qol görən komandasıdır. Amma bu gedişlə fasilədən sonra da komandanın çıxışında hər hansı ciddi dəyişiklik olmayacaq. Bu isə birbaşa “Bakılı”nın maddi durumu ilə bağlıdır.

Təsadüfi deyil ki, ilk dövrə yekunlaşdıqdan sonra komandanın idman direktoru postunu tutan Nadir Qasımov “Futbolxeber.az”a müsahibəsində tezliklə maddi vəziyyətin düzələcəyini, komandanın qışda güclənəcəyini demişdi. Lakin geridə qalan zaman Qasımovun dediklərini sübuta yetirmədi.

Hazırda “Bakılı” dağılmış vəziyyətdədir. Düzdür, komanda ayın 19-da biryerə toplaşıb. Lakin ilk dövrədə heyətdə olan futbolçuların hərəsi bir yerdə baxışdadır. Komandada kimlərin oynayacağı bilinmir. O cümlədən, Mahir Əliyevin gedişindən sonra komanda baş məşqçi vəzifəsi boşdur. Halbuki qış fasiləsinin bitməsinə sayılı günlər qalıb.

“SƏBAİL”

“Səbail”i qış fasiləsində I divizionun ən fəal klubu adlandırmaq olar. Maddi durum ürəkaçan səviyyədə olduğundan, klubda işlər peşəkar səviyyədə qurulub.

Paytaxt klubu ikinci dövrənin hazırlıqlarına ötən il, dekabrın 21-də start verib. Komanda ilk olaraq 6 futbolçu ilə yollarını ayırıb. Əli Həsənli, Rəsul Babazadə, Fərman Qənbərov, Murad Quluzadə, Fərid Əsədov və Vüsal Əliyev “Səbail”dən gediblər. Bakıdakı hazırlıq zamanı komanda Xəyal Quliyevlə də vidalaşıb.

Əvəzində isə bu ana qədər 9 transfer reallaşdırılıb. Yeni gələnlər arasında “Qaradağ-Lökbatan”ın yarımmüdafiəçisi Tanrıverdi Məhərrəmli, 2 qapıçı - son olaraq “Qarabağ”da çıxış etmiş Emil Balayev və sabiq AZAL-lı Rəşad Əzizli, “Neftçi”nin müdafiəçisi Eltun Yaqublu, keçmiş “Qaradağ-Lökbatan”lı Samir Əhmədov, “Zaqatala”dan Ruslan Tağızadə, “İnter”dən Mirzağa Hüseynpur, Orxan Qurbanlı və Aslan Hüseynov var.

İlk dövrədə heç də pis təsir bağışlamayan “Səbail”in əsas zəif nöqtəsi qapı xətti idi. Premyer Liqa təcrübəsi olan 2 qapıçının alınması artıq bu problemi yoluna qoyacaq. Üstəlik, Ruslan Tağızadə və Mirzağa Hüseynpur da I divizion klubunun gücünə güc qatacaq.

Yanvarın 5-dən başlayaraq "Bayıl Arena"da II dövrənin hazırlıqlarına tam gücü ilə start verən Elman Sultanovun yetirmələri Bakı toplanışı çərçivəsində U-19 (5:0), MOİK (2:2) və "Neftçi"nin əvəzedici komandası (3:1) ilə yoldaşlıq görüşləri keçirdikdən sonra yanvarın 14-də Antalyaya üz tutub.

Qardaş ölkədə təlim-məşq toplanışını davam etdirən komanda artıq 2 yoldaşlıq görüşü keçirib. Yanvarın 19-da təmsilçimiz Qazaxıstan "Kyran"ı ilə qarşılaşıb. Birinci hissədə hesabda öndə olmasına baxmayaraq, I divizion təmsilçisi yekunda meydandan 2:4 hesablı məğlubiyyətlə ayrılıb.

Dünən isə Almaniyanın aşağı divizion təmsilçisi "Ayntraxt Northeim" ilə qarşılaşan “Səbail” meydandan 0:0 hesablı heç-heçə ilə ayrılıb. Sabah Elman Sultanovun komandası Antalyadakı son yoxlama oyununu keçirəcək.

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31