18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Qəbələ” “Şkendiya”nı məğlub etdi

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ” bu gün sonuncu yoxlama oyununu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, “Qırmızı-qaralar” Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşıb.

Roman Qriqorçuk qonşu ölkədəki dördüncü - sonuncu yoxlama oyununda aşağıdakı start “11-liy”inə şans verib: Dmitri Bezotosnı, Rikardinyo, Vitali Vernidub, Tellur Mütəllimov, Ürfan Abbasov, Nika Kvekveskiri, Rəşad Sadiqov (k), Asif Məmmədov, Filip Ozobiç, Ruslan Qurbanov, Sergey Zenyov.

Maraqlı mübarizə şəraitində keçən oyunda hesab ilk yarıda açılıb. Qarşılaşmanın 38-ci dəqiqəsində Filip Ozobiç makedoniyalıları məyus edib. Gözəl zərbə ilə fərqlənən xorvatiyalı yarımmüdafiəçi “Qəbələ”nin toplanışı çərçivəsində ikinci dəfə qol sevinci yaşayıb. Bu, matçın ilk 45 dəqiqəsində yeganə qol olub.

Görüşün fasiləsindən sonra meydana fərqli “11-lik” çıxıb: David Pietrzkieviç, Roman Hüseynov, Cavid Hüseynov, Araz Abdullayev, Teo Uiks, Ramazan İsayev, Murad Musayev, Hacıağa Hacıyev, Qismət Alıyev, Baqali Dabo, Voislav Stankoviç.

İkinci hissədə də fəallıq nümayiş etdirən “Qəbələ” “Şkendiya”nın qapısından daha bir qol keçirməyi bacarıb. Oyunun 77-ci dəqiqəsində Araz Abdullayev fərqlənib. “Qırmızı-qaralar”ın yeni transferi komandada ilk qolunu vurub - 2:0. Makedoniya təmsilçisi isə bu qollardan yalnız birinin əvəzini çıxa bilib. 89-cu dəqiqədə Yuri Çolak fərqi minimuma endirib - 2:1.

Beləliklə, “Qəbələ” Antalya toplanışı çərçivəsində 2-ci qələbəsini qazanıb. Hazırlıq prosesini qələbə ilə başa vuran komanda bu oyunadək Rumıniyanın “Qaz Metan” klubuna 1:0 hesabı ilə qalib gəlib, Qazaxıstan “Ordabası”sı ilə qolsuz heç-heçə edib və Albaniya “Partizani”sinə 1:2 hesabı ilə uduzmuşdu.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30