19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Zirə”nin oyununda dava düşdü

“Zirə” Antalyadakı təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununu keçirib. 
 
Futbolxeber.az-ın məlumatına görə, “qartallar” Bolqarıstan təmsilçisi “Lokomotiv”lə üz-üzə gəlib. Baş məşqçi Ayxan Abbasov start heyətində Anar Nəzirov, Migel Lorenzo, Sadiq Quliyev, Viktor İqbekoyi, Təmkin Xəlilzadə, Akim Latifu, Vüqar Mustafayev, Milan Duriç, Sezar Meza Kolli, Elvin Məmmədov və Elgün Nəbiyevə şans verib. Yovan Krneta zədəli olduğu üçün bu qarşılaşmada forma geyinməyib.
 
Qarşılaşmanın ilk dəqiqələrindən etibarən qəsəbə təmsilçisi rəqib qapısı qarşısında bir neçə təhlükəli vəziyyətlər yaratsa da, fasiləyə qədər hesab açılmayıb. Oyunun ikinci hissəsində də topa nəzarət daha çox bakılıların tərəfində olub. Edilən dəyişikliklər nəticəsində Kamal Bayramov, Adil Nağıyev, Tural Cəlilov, Aleksandr Şemonayev, Yamin Ağakərimzadə, Murad Səttarlı, Vüsal İsgəndərli, Cavid Tağıyev və Nurlan Novruzov meydana daxil oldu. Yalnız Viktor İqbekoyi və Sadiq Quliyev qarşılaşmanı əvəzolunmadan keçirib. 70-ci dəqiqədə Şemonayevlə rəqib futbolçu arasında yaranan mübahisə hər iki futbolçunun qırmızı vərəqə alması ilə nəticələnib. Son dəqiqələrdə isə Bolqarıstan təmsilçisi cərimə zərbəsi ilə hesabı açıb. Bu qol oyunda yeganə olub və təmsilçimiz yoxlama oyununda məğlub olub – 0:1.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30