28 Mart 2024, Cümə axşamı
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

"Qarabağ"dan 1 qələbə, 1 məğlubiyyət

"Qarabağ" ötən gün keçirdiyi iki yoxlama oyunuyla Antalya qış tlim-məşq toplanışına yekun vurub. 
 
Futbolxeber.az-ın məlumatına görə, Ağdam təmsilçisi günün ilk oyununda Qazaxıstanın "Atırau" komandasıyla qarşılaşıb. “Atlılar” qapısında erkən qol görüb. Daha sonra oyunda üstünlüyü ələ alan təmsilçimiz hücumlarının sayını artırıb. Bir neçə qol epizodunda isə rəqib qapıçı yaxşı oynayıb. Qarşılaşma rəqibin 1:0 hesablı qələbəsiylə başa çatıb.
 
Günün ikinci qarşılaşmasında ağdamlılar Polşanın "Termalika" klubuyla qarşılaşıb. Qurban Qurbanovun yetirmələri oyuna sürətli başlayıb. Qarşılaşmanın 5-ci dəqiqəsində Ağabala Ramazanov dəqiq zərbəylə hesabı açıb. Bu qoldan 8 dəqiqə sonra Ansi Aqollinin cinahdan ötürməsini Dino Ndlovu dəqiq baş zərbəsiylə hesabı 2:0 edib. Rəqib 26-cı dəqiqədə hesab arasındakı fərqi azaldıb. Qarşılaşma növbəti qol matçın 76-cı dəqiqəsinə təsadüf edib. Bədavi Hüseynov fərqlənərək hesabı 3:1 edib. Bu qoldan 5 dəqiqə sonra rəqib yenidən fərqi minimuma endirib. Qarşılaşma “Qarabağ”ın 3:2 hesablı qələbəsiylə başa çatıb.
 
Yoxlama oyunları
22 yanvar
 
"Qarabağ" - "Atırau" (Qazaxıstan) 0:1 
 
"Qarabağ": 13. İbrahim Şehiç (1.Boyan Şaranov, 45), 23. Elgün Uluxanov, 3. Eltun Turabov, 18. İlqar Qurbanov, 21. Arif Daşdəmirov, 19. Elçin Rəhimli (Reynaldo Silva, 72), 20. Riçard Almeyda, 11. Mahir Mədətov (77. Elşən Abdullayev, 65), 22. Əfran İsmayılov, ( 71. Vüqar Nadirov,46), 10. Muarem Muarem, 91. Coşqun Diniyev
 
 
"Qarabağ" - "Termalika" (Polşa) 3:2
 
"Qarabağ": 12. Şahruddin Məhəmmədəliyev (13. İbrahim Şehiç, 69), 32. Elvin Yunuszadə, 55. Bədavi Hüseynov, 25. Ansi Aqolli (18. İlqar Qurbanov, 77), 5. Maksim Medvedev, 44. Ağabala Ramazanov (77. Elşən Abdullayev, 72), 6. Dino Ndlovu (11. Mahir Mədətov, 77), 15. Rahid Əmirquliyev, 99. Dani Kintana, 2. Qara Qarayev, (Riçard Almeyda, 77), 8. Miçel
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31