Ölkə futbolu
“Qarabağ”, “Qəbələ” və “İnter”i çıxmaq şərti ilə…”
“Kəpəz”in futbolçusu Şəhriyar Rəhimov klub saytına açıqlamalar verib. Futbolxeber.az sizi həmin müsahibə ilə tanış edir:
- Şəhriyar, əvvəlcə komandanın mövsümün ilk yarısındakı çıxışı haqda fikirlərini öyrənmək istərdim.
- Təbii ki, nəticələr baxımından istədiyimiz kimi çıxış edə bilmədik. Amma bu o demək deyil ki, çempionatda pis oynamışıq. Yaxşı futbol sərgiləyib, uğurlu nəticələr qazana bilmədiyimiz oyunlar olub. Məhz bu səbəb daha çox xal toplamağımızı əngəlləyib. Xal ehtiyatımız az olsa da, fasilədən sonra həm yaxşı çıxış etməyə, həm də bizi qane edəcək nəticələr qazanmağa çalışacağıq.
- “Kəpəz”in kubok mübarizəsi haqda nə demək olar?
- Ölkə kubokunda ilk mərhələdə Qusar “Şahdağ”ını mübarizədən kənarlaşdırdıq. Rəqib aşağı liqa təmsilçisi olduğundan onlara qarşı matçda çox da əziyyət çəkmədik. Bunu açıq demək lazımdır. Növbəti mərhələdə isə rəqibimiz daha güclü idi. Premyer Liqanın iddialı klubu “İnter” ilə qarşılaşdıq. Hamı Bakı komandasının gücünə bələddir. Məncə, biz səfərdə iki top fərqi ilə uduzmaqla cütün taleyini rəqibin xeyrinə həll etmiş olduq. Gəncədə nə qədər çalışsaq da, qarşıya qoyulan tapşırığın öhdəsindən gələ bilmədik. Üstünlük tərəfimizdə olduğundan rəqibə təzyiq etdik, qol vurmağa səy göstərdik, amma alınmadı. “İnter” müdafiədə səhvə yol vermədi.
- Elə “İnter” ilə çempionat matçları da maraqsız keçmədi.
- Həm qalib gəldiyimiz, həm də uduzduğumuz oyunlar arasında yadda qalan matçlar az olmadı. “İnter” ilə ilk dövrədə keçirilən və 2:2 hesablı heç-heçə ilə başa çatan görüşün nəticəsi bizi çox məyus etdi. Bu oyunda yaxşı oynadıq, hesab da oyun sonuna kimi bizim tərəfimizdə idi, 2:1 udurduq. Amma final fitinə az qalmış qol buraxdıq, belə oyunlar adama təsir edir.
- Çempionatda “Neftçi”yə uduzduğumuz oyun da az təəssüf doğurmadı.
- Düzdür, hər bir məğlubiyyət acı olur. Çempionatın ilk yarısında “Neftçi” yaxşı çıxış etmirdi deyə hamı onlarla oyunda bizdən qələbə gözləyirdi. Bakılılar hamıya uduzurdusa bu o demək deyil ki, bizə də məğlub olmalı idilər. Hamı “Neftçi”ni zəif görürdü, amma klubun adı, tarixi var. Təkcə komandanın adı bəsdir. Həmin oyunda qol vəziyyətlərimiz oldu, sadəcə, yararlana bilmədik. Rəqib isə bizim səhvlərimizdən istifadə etməyi bacardı. Əlbəttə, məğlubiyyətə layiq deyildik və buna görə hirslənmişdik.
- Avropa Liqasına yollanmaq yolunda “Kəpəz”i ciddi rəqabət gözləyir. Fikrincə, əsas rəqiblərimiz hansı klublar olacaq?
- Turnir cədvəlindəki ilk pillələrdə olan “Qarabağ”, “Qəbələ” və “İnter”i çıxmaq şərti ilə digər komandalar Avropa Liqasına vəsiqə verən 4-cü yer uğrunda mübarizə aparacaq. Transferlərlə heyətini gücləndirən “Neftçi” də rəqiblərimiz arasındadır. Onlar da yəqin ki, qarşılarına ciddi məqsədlər qoyublar. Ona görə düşünürəm ki, bizi mövsümün ikinci hissəsində çətin mübarizə gözləyir.
- “Kəpəz” yenə qitə turnirinə yollana biləcək? Nə düşünürsən?
- Öncədən nəsə demək olmaz. Amma bunun reallaşması üçün var gücümüzü ortaya qoyacağıq. Bütün imkanlarımızı səfərbər edib, buna çalışacağıq. Nəyə nail olacağımızı zaman göstərəcək. İstəyimiz yenə Avropa Liqasında çıxış etməkdir. Bunun üçün də şansımız var. Yalnız maksimum güc sərf etməklə arzumuza nail ola bilərik. Hər şey öz əlimizdədir, yaxşı nəticələr qazansaq, istəyimiz həyata keçəcək.
- İstərdim ki, çıxış etdiyin mövqe haqda danışaq. Bu gün komandanın müdafiə xəttində problemlər var?
- Mən deməzdim ki, problemlərimiz var. Hücumdan başlamaq istərdim, çünki qol vurmaqda çətinlik çəkirik. Yetərincə qol epizodları yaratmağımıza baxmayaraq, çempionatda az top vurmuşuq. Son nöqtəni qoya bilmirik. Bunun nə ilə bağlı olduğunu dəqiq deyə bilmərəm. Hücum qururuq, rəqib qapısına yaxınlaşırıq. Lakin fərqlənə bilmirik. Heç bir epizod yara bilməsəydik, hücumda problemin olduğunu söyləmək olardı. Müdafiəyə gəlincə, ilk “3-lük”də yer alan komandalardan sonra ən az top buraxan bizik. Ona görə müdafiədə ciddi çatışmazlığın olduğu görünmür.
- Müdafiə xəttində zədə səbəbindən uzun müddət Şəhriyar Əliyevin oynamaması komandaya təsir etdi?
- Dəqiq demək olmur. Çünki onun yoxluğunda sonuncu müdafiəçi mövqeyində Azad Kərimov və Tural Nərimanov oynadı. Onların pis təsir bağışladığını demək olmaz. Çıxıb normal futbol oynadılar. Sadəcə, ola bilər ki, Şəhriyarın da daxil olduğu müdafiədə daim oynayan dördlüyümüz uzun müddət bir yerdə çıxış etdiyindən anlaşma daha yaxşıdır. Bu mənada Əliyevin yeri görünə bilər. Amma fərdi planda digər komanda yoldaşlarımız da onu layiqincə əvəz edə bildilər.
|
Şərh yazılmayıb
|
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- Kevin Medina millimizin sabiq üzvü ilə komanda yoldaşı oldu - EKSKLÜZİV
- Xarici saytlar AFFA-nın yalanını üzə çıxardı - FOTO FAKT
- “Araz-Naxçıvan”ın yeni baş məşqçisi məlumdur
- “Kəpəz”in yeni rəhbəri işə başladı, baş məşqçi postuna 2 namizəd - ÖZƏL
- Kanada millisindən tarixi nəticə
- “Şəfa”da xaos: rəhbərliklə baş məşqçi arasında ciddi narazılıq yaranıb
- Bu legioner “Qarabağ”dan gedir – Asiyadan sərfəli təklif alıb - ÖZƏL
- “Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
- “Dinamo” “Karvan-Yevlax”dan AFFA və UEFA-ya şikayət edə bilər
- Azərbaycan futbolunda heç vaxt heç vaxt demə...
- “Turan Tovuz” “Zenit”in sabiq qapıçısını transfer edir - ÖZƏL
- "Qarabağ"ın rəqibi bəlli oldu
- "Qarabağ"ın sabiq futbolçusu 41 yaşında vəfat etdi
- Dambrauskasa verilən “gic-gic suallar”
- “Sumqayıt”dan ayrılan Saşa İliç bu tanınmış klubu çalışdıracaq
-
16:41
“Qarabağ” Avstriyaya 25 futbolçu ilə yollanıb
-
16:05
Azərbaycan millisi Tacikistanla qarşılaşacaq
-
15:23
"Qarabağ" iki qapıçısı ilə vidalaşdı
-
14:56
İbrahim Əliyev beynəlxalq turnirdə üçüncü olub
-
14:34
Taekvondoçularımız beynəlxalq turnirdə 6 medal qazanıblar
-
14:17
Azərbaycanlı alpinistlər Monte Paterno zirvəsinə qalxıblar
-
14:00
"İmişli"də növbəti ayrılıq
-
13:42
"Sabah"ın rəqibləri məlum oldu
-
13:28
Avarçəkənlərimiz Litvada beynəlxalq reqatada iştirak edəcəklər
-
12:59
"Araz-Naxçıvan"dan növbəti transfer
-
12:31
Badmintonçumuz Serbiyada bürünc medal qazanıb
-
12:15
“Qəbələ”ni Ermənistan klubuna dəyişdi
-
11:46
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:23
Uruqvaydan xal itkisi VİDEO
-
11:07
Elvin Cəfərquliyev də “Qarabağ”la Avstriyaya getdi
-
10:54
"Qarabağ" Avstriyaya yollandı
-
10:30
Ruan Renato: “Turan Tovuz”un adına məyus oldum”
-
10:12
Azərbaycan klublarının yay transferləri (Yenilənir)
-
09:45
İspaniyanın DÇ-2026-dakı ilk qələbəsi VİDEO
-
20:59
Zlomisliç rəsmən “Qarabağ”da
-
19:24
“Neftçi” kapitanlarla müqaviləni yenilədi
-
15:41
Bədavi daha bir 1 il “Qarabağ”da
-
14:35
Sabiq "Qarabağ"lı klubunu dəyişdi
-
13:56
Fərman Həsənov: “UFC-də məqsədim titul uğrunda döyüşməkdir”
-
13:18
Boksçumuz Dünya Kubokunda qızıl medal qazanıb
-
12:23
Yaponiya 3 xalı 4 qolla qazandı VİDEO
-
12:00
"İmişli"də yeni məşqçi təyinatları
-
11:32
Günün canlı yayımlanacaq matçları - TV AFİŞA
-
11:17
“Neftçi” növbəti səs-küylü transferə hazırlaşır
-
10:49
“Fabritsio Romano “Qarabağ”a transferimi paylaşmaqda gecikdi”
-
10:21
Almaniya millisindən geridönüş VİDEO
-
10:04
DÇ-2026: Yaponiya Tunisi darmadağın etdi
-
08:55
Jali Muaddib: “Qarabağ”da ikinci Zubir olmaq istəyirəm”
-
23:59
"Neftçi" yeni mövsümün hazırlıqlarına start verdi FOTOLENT
-
23:43
Rəşad Sadıqov: “Avrokuboklardan imtina etmək istəyirdik”
-
23:24
Qolf üzrə Azərbaycan çempionatı və ölkə birinciliyi keçirilib FOTOLENT
-
22:31
Hüseyn İsmayılovun 70 illik yubileyi qeyd olunub FOTOLENT
-
22:16
Qurban Qurbanov: “Hədəfimiz avrokubokların qrup mərhələsidir”
-
21:05
“Şahdağ Qusar” legioneri ilə müqavilə müddətini uzatdı
-
20:28
"Qarabağ" - "Zirə" oyununda 7 qol vuruldu
-
20:12
"Turan Tovuz" 2 futbolçusu ilə yolları ayırdı
-
19:30
“Neftçi” onunla müqaviləni yenilədi
-
18:56
“Zirə”dən yeni qapıçı transferi
-
17:49
“Xankəndi” məşqçisini göndərdi
-
16:54
“Neftçi”dən yarımmüdafiəçi transferi
-
16:26
“Qarabağ”ın təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
16:03
"Zirə"də gözlənilməz ayrılıq
-
15:41
Rafael Fiziyev Bakıya gəlib
-
14:15
Ronaldinyo karyerasını bərpa edir
-
13:32
Azərbaycanın daha bir taekvondoçusu medal qazanıb
22.06.2026
21.06.2026
20.06.2026























