16 Aprel 2024, Çərşənbə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Ölkə futbolu

Qriqorçuk: “Narazılıq üçün əsas yoxdur”

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ”  üçüncü yoxlama oyununu keçirib.
 
Futbolxeber.az-ın məlumatına görə, Şimal təmsilçisi “Ordabası” (Qazaxıstan) ilə 0:0 bərabərə qalıb. Matçdan sonra klub saytına danışan “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk heç-heçəni belə şərh edib: 
 
“İki gündə iki yoxlama oyunu keçirdik. Prinsipcə, bu düzgün yanaşmadır. Dünən bir heyətlə, bu gün başqası ilə mübarizə apardıq. “Qaz Metan”la görüşdə 45 dəqiqə oynayan bəzi oyunçular bu gün yenə şans qazandı. Bunu normal hesab edirəm. Elə bölüşdürmüşük ki, kimə lazımdırsa, o da daha çox oynasın. Cavid Hüseynov dünən 45 dəqiqə, bu gün bütün matçda meydanda oldu. Hazırlıq baxımından hər şey yaxşı keçdi. Futbolçuların çoxunu müxtəlif mövqelərdə sınadıq. Bizim üçün informasiya baxımından faydalı oldu. Ümumilikdə toplanışa gəlincə, hazırlığa bir az gec başlasaq da, hər şey qaydasındadır. Yaxşı şəraitdə hazırlıq keçirik. Hava şəraiti də toplanış üçün münasibdir. Narazılıq üçün əsas yoxdur”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30