20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

Samuel Armenteros: “Qurban Qurbanovun dediyi ağ yalandır”

Ötən mövsümün sonu “Qarabağ”dan ayrılan isveçli hücumçu Samuel Armenterosun gedişi indiyə qədər müəmmalı qalıb.
 
Futbolxeber.az-ın məlumatına görə, “Anderlext” və “Feyenoord” kimi komandalarda oynamış forvard qəflətən Ağdam klubunu tərk etmişdi. 
 
Azərbaycan mətbuatı isə Samuelin klubdan ayrılma xəbərini Hollandiya mətbuatından öyrəndi. Düzdür, Armenteros “Qarabağ”da o qədər də yaxşı təsir bağışlamadı. 23 oyuna çıxan forvard cəmi 7 dəfə fərqlənmişdi. Onun ayrılması xəbərinə isə baş məşqçi Qurban Qurbanovun reaksiyası belə olmuşdu: “Onun gedişini mən də saytdan oxudum. Bəzən futbolçu onunla bağlı qərar tez verilməyəndə darıxır. Görünür, Armenteros darıxıb. Mən ona “get” deməmişəm”.
 
Qurbanovun dediklərinin həqiqət olub-olmadığını araşdırmaq üçün forvardla danışmağa çalışırdıq. Uzun müddətdir Armenterosla əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz cavabsız qalırdı. Bir neçə ay öncə ona yazdığımız mesaja isveçli forvard nəhayət ki, cavab verib. "Qafqazinfo"ya danışan təcrübəli futbolçu bu sözləri deyib:
 
- “Qarabağ”dan niyə ayrıldınız?
- Mənimlə müqaviləmi yeniləmək istəmədilər. Dedilər ki, komandadan gedəcəksən. Qurban Qurbanov bildirdi ki, səni daha burada istəmirəm. Bu vəziyyətdə orda qala bilməzdim.
 
- Qurbanovla nə probleminiz var idi?
- Heç bir problem yox idi. Ümumiyyətlə, heç kimlə problem yaşamağı xoşlamıram.
 
- Amma Qurban Qurbanov “mən Armenterosa “get” deməmişəm” deyə açıqlama verib...
- Bu ağ yalandır. Mənə Qurban Qurbanov deyib ki, gedə bilərsən. Amma indi bunun önəmi yoxdur.
 
- Maliyyə məsələləri ilə bağlı probleminiz olmuşdu?
- Yox, heç bir problem olmadı. Sadəcə baş məşqçi ayrılmağımı istədi.
 
- Hazırki klubunuzda - Hollandiya "Heralkes"ində qolları sıralayırsız. Bəs, “Qarabağ”da niyə istədiyiniz kimi çıxış etmirdiniz?
- Çünki burada xoşbəxtəm və qollar vurduqca sevinirəm.
 
Qeyd edək ki, forvard 2015/2016 mövsümündə “Qarabağ”da çıxış edib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30