29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Ölkə futbolu

Diniyev: “Bizə 90 dəqiqə futbolçuların dayanmadan qaçması lazım idi”

“Kəpəz” yanvarın 11-dən Bakıda çempionatın ikinci hissəsi üçün hazırlığa başlayıb. 
 
Futbolxeber.az-ın məlumatına görə, Gəncə təmsilçisi paytaxtda qış fasiləsindən səmərəli yararlanmağa çalışır. “Sarı-göylər”in baş məşqçisi Şahin Diniyev toplanışın gedişi ilə bağlı klub saytına açıqlama verib: 
 
“Təlim-məşq toplanışı əvvəlcədən tərtib etdiyimiz plan üzrə davam edir. Hər şey gözlənildiyi kimi normaldır. Futbolçular da məşq proseslərinə ciddi yanaşırlar. Hazırlıq dövründə 4 yoxlama oyunu keçirməyi planlaşdırmışıq. Bildiyiniz kimi artıq dünən 2 fərqli heyətlə 2 matç keçirdik. Komanda sınaq görüşlərinə yorğunluq fonunda çıxmışdı. Uşaqlar oyun günü də məşq etmişdilər. İndi kollektivin fiziki hazırlığının yüksəldilməsi yönündə işləyirik. Gələn həftədən daha çox toplu çalışmalara üstünlük verib, taktiki-texniki yöndə hazırlaşacağıq. Bizə 90 dəqiqə futbolçuların dayanmadan qaçması, hərəkət etməsi lazim idi. Onlar da verilən tapşırıqları yerinə yetirdilər”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31