23 Aprel 2024, Çərşənbə axşamı
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Ölkə futbolu

“Qəbələ” “Qaz Metan”a qalib gəldi

Antalyada təlim-məşq toplanışında olan “Qəbələ” bu gün ikinci yoxlama oyununu keçirib.

Futbolxeber.az saytının məlumatına görə, “Qırmızı-qaralar” Rumıniyanın “Qaz Metan” klubu ilə qarşılaşıb.

Baş məşqçi Roman Qriqorçuk start heyətində aşağıdakı “11-liy”ə şans verib: Dmitri Bezotosnı, Rikardinyo, Vojislav Stankoviç, Tellur Mütəllimov, Ürfan Abbasov, Nika Kvekveskiri, Rəşad Sadiqov (k), Cavid Hüseynov, Filip Ozobiç, Ruslan Qurbanov, Sergey Zenyov.

İlk yoxlama matçında Albaniyanın “Partizani” klubu ilə görüşən (1:2) “Qəbələ” Rumıniya təmsilçisi ilə oyuna imanlı başlayıb. Rəqib Rumıniya çempionatının qış fasiləsinə 4-cü pillədə yollansa da, “qırmızı-qaralar” belə güclü rəqibə qalib gəlməyi bacarıb. Görüşün taleyini bir qol həll edib. İlk yarının 30-cu dəqiqəsində vurulan top matçda yeganə olub. Xorvatiya millisinin düşərgəsindən qayıdan Filip Ozobiç “Qəbələ”yə qələbə qazandıran qolun müəllifi olub - 1:0.

Oyunun gedişində Roman Hüseynov, Rafael Santos, Araz Abdullayev, Teo Uiks, Rəşad Eyubov, Asif Məmmədov, Hacıağa Hacıyev də meydana çıxıblar.

Beləliklə, “Qaz Metan”a 1:0 hesabı ilə qalib gələn “Qəbələ” hazırlıq prosesində ilk qələbəsini qazanıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30