19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Ölkə futbolu

“Zirə” qələbə ilə başladı

“Zirə” Türkiyədəki hazırlıq mərhələsi çərçivəsində ilk yoxlama oyununu keçirib. 
 
Futbolxeber.az-ın məlumatına görə, “qartallar” Qırğızıstan təmsilçisi “Dordoy”la (Bişkek) qarşılaşıb. Baş məşqçi Ayxan Abbasov start heyətində Kamal Bayramov, Yovan Krneta, Sadiq Quliyev, Adil Nağıyev, Aleksandr Şemonayev, Tural Cəlilov, Vüqar Mustafayev, Milan Duriç, Elvin Məmmədov, Sezar Meza Kolli və Elgün Nəbiyevi meydana buraxıb.
 
Qarşılaşmanın ilk dəqiqələrindən zirəlilər oyuna nəzarəti ələ alsa da, qol rəqibdən gəlib. İlk yarı Qırğızıstan təmsilçisinin üstünlüyü ilə başa çatıb. Fasilədən sonra isə Bakı təmsilçisində dəyişiklik edilib. Anar Nəzirov, Təmkin Xəlilzadə, Viktor İqbekoyi, Yamin Ağakərimzadə, Vüsal İsgəndərli, Cavid Tağıyev və Nurlan Novruzov daxil oldu. Yalnız Sadiq, Yovan, Adil və Vüqar oyunu əvəzolunmadan keçirib.
 
“Qartallar” ikinci hissədə istəyinə nail olub. Əvvəlcə Milan Duriç cərimə zərbəsi ilə baxımlı qola imza atıb. 75-ci dəqiqədə isə Vüqar Mustafayev fərqlənib – 2-1.
 
Qeyd edək ki, “Zirə” yanvarın 22-də Bolqarıstanın “Lokomotiv” (Qorna) klubu ilə üz-üzə gələcək.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30