Ölkə futbolu
Qurban Qurbanov: “Avropa meydanlarında oynayırıq, amma…”
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qarabağ” çalışmalarını davam etdirir.
Futbolxeber.az-ın məlumatına görə, Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov toplanış zamanı “Anadolu Agentliyi”nə müsahibə verib. “Təcrübəli mütəxəssis komandası ilə yanaşı, işğal altında olan Qarabağdan danışıb:
“Biz həmişə istəmişik ki, matçlarımızı Qarabağda oynayaq. Prezidentimiz torpaqların geri qaytarılması üçün çox çalışır. İnşallah, yaxın zamanlarda oraya qayıdarıq. Torpaqlarımızın işğal altında olması azarkeşlərimizlə aramızda xüsusi bir bağ qurur. Onlar bizi heç vaxt tək buraxmırlar. Məğlub olarkən də yanımızdadırlar. Qarabağın adını meydanda yaşatmağımıza kömək edirlər.uuuu Avropa meydanlarında oynayarkən, bütün Azərbaycan bizi dəstəkləyir. Bu mövsüm Çempionlar Liqası oyunlarında Azərbaycan və Türkiyə bayraqları həmişə yan-yana idi. Bu oyunçulara xüsusi motivasiya verir. Hər kəs “Qarabağ”a milli komanda kimi sahib çıxır. Avropa meydanlarında oynayırıq, amma böyük komandaları öz torpaqlarımızda qonaq edə bilmirik. Hazırda, bu, imkansızdır, amma ümidimizi qoruyuruq. Yaxın zamanda öz torpaqlarımıza geri dönmək ümidimiz var. İnşallah, öz torpaqlarımızda böyük bir stadion və komanda ilə azarkeşlərin qarşısında oynayarıq”.
O, İstanbul nəhəngləri – “Beşiktaş”, “Fənərbaxça” və “Qalatasaray”ı Azərbaycana dəvət edib: “Həm Türkiyədə, həm də Azərbaycanda çempionat çox çətindir. Öz aramızda oynamaq üçün vaxt təyin etmək çətindir. Amma iki ölkə arasında oyunlar olsa, futbol əlaqələri də möhkəmlənər. Türkiyədə 3 böyük klubun azarkeşi olduğu kimi bizdə də var. Azərbaycanlılar hər 3 komandanı sevirlər. Əgər bu komandalardan biri ilə oynasaq, stadionda anşlaq olar. Bu səbəbdən onları ölkəmizə dəvət edirəm”.
Qurbanov Azərbaycan futbolunun yavaş-yavaş dirçəldiyini deyib: “Təbii ki, İstanbul klubları ilə Çempionlar Liqası və ya Avropa Liqasında qarşılaşmaq əla olar. Azərbaycan futbolu hər gün daha irəliyə gedir. İnanıram ki, Türkiyənin güclü komandaları ilə Avropa meydanlarında üz-üzə gələcəyik”.
Mütəxəssis Topaz Premyer Liqasındakı vəziyyətdən və Antalyadakı hazırlıqdan da danışıb: “Daxili çempionatda “Qəbələ”dən bir xal öndəyik. Hədəfimiz ardıcıl 4-cü dəfə çempion olmaqdır. Çempionlar Liqasında qrupa düşmək istəyirik. Azərbaycanda ilk yazmaq fikrimiz var”.
Təcrübəli çalışdrıcı “Qalatasaray”a transfer olunan və Avropa Liqasının qrup mərhələsində “Qarabağ”a qarşı oynayan PAOK-un sabiq üzvü Qari Rodrigezdən də danışıb: “Çox sürətli və texnikalı futbolçudur. Topla daha çox hərəkət edir. “Qalatasaray”a çox kömək edəcəyini düşünürəm”.
44 yaşlı məşqçi “Başakşəhər” klubunun Türkiyə Superliqasının qalibi olmasının ölkə futboluna xeyir verəcəyini deyib: “Başakşəhər”in çempion olması Türkiyə futboluna fayda verər. Onlar çox yaxşı çıxış edirlər. Uğurlar arzu edirəm. Çempion olmaları Superliqa üçün yenilikdir. “Başakşehir”in oyunlarını çox izləyirəm. Çox güclü baş məşqçiləri var. İstanbul nəhənglərinin təcrübələri onların çempion olmasına kömək edə bilər, amma futbol hər zaman sürprizlər oyunudur”.
Qurbanov bəyəndiyi türk futbolçunun adını açıqlayıb: “Bəyəndiyim ən yaxşı türk futbolçu Hakan Çalhanoğludur”.
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Basketbol federasiyasının diqqətinə: Təhlükəsizliyə bu qədər biganə yanaşmaq olmaz!
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
-
13:25
Akrobatika gimnastikası üzrə ölkə birinciliyi və Bakı çempionatı start götürüb
-
13:12
AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib
-
13:00
Matias azarkeşlərdən üzr istədi, boykotu düzgün saymadı: “Klubun adı oyunçulardan üstün olmalıdır”
-
12:33
Musa Qurbanlı: "Yayda nələr olacağını birlikdə görəcəyik"
-
11:49
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
-
11:27
Azərbaycanın idman gimnastı Dünya Kubokunda finala yüksəlib
-
11:14
"Atalanta" İtaliya kubokunun finalında VİDEO
-
11:06
Finalda təkrarlanan 6-cı cüt
-
10:58
"Mançester Yunayted" 3 xalı 4 qolla qazandı VİDEO
-
10:45
Patrik Andrade: “4 qolluq qələbələr üzümüzü güldürür”
-
10:32
"Trabzonspor" finala yaxınlaşdı VİDEO
-
10:23
“Qarabağ” “Neftçi”yə çatdı
-
10:11
Çempionluq yolunda "Liverpul"a ağır zərbə VİDEO
-
09:59
Azərbaycan kubokunda yeni rekord
-
09:47
PSJ-dən 4 qollu qələbə VİDEO
-
09:30
"Qəbələ"də 300-cü oyun
-
22:39
Qurban Qurbanov: “Bəli, mənə müəllim, hoca deyirlər, amma...”
-
22:14
Bojoviç: “...gözləmək lazımdır”
-
22:00
Avropa çempionatı: Azərbaycan boksçusu yarımfinala vəsiqə qazanıb
-
21:48
"Zirə" və "Qarabağ" finalda
-
21:26
"Qarabağ" - "Neftçi" matçında 5 qol VİDEO
-
20:11
Sxadadze: “Zirə” həm yaxşı oynadı, həm də xarakter göstərdi”
-
19:23
"Zirə"ni finala yüksəldən qələbə VİDEO
-
18:57
Rəşad Sadıqovdan qələbə şərhi VİDEO
-
17:05
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
-
16:48
Region Liqası: Finalın yeri və başlama saatı müəyyənləşib
-
16:12
“Qəbələ” - “Zirə”: Heyətlər açıqlandı
-
15:24
Zubir Liqa 1 klubunun hədəfində
-
15:09
Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib
-
14:56
“ETOPAZ”ın baş sponsorluğu ilə “Fire League”da növbəti tur başa çatıb FOTOLENT
-
14:30
“Zirə”nin kapitanı: “Məqsədimiz finala çıxmaqdır”
-
14:03
"Səbail" məşqlərini davam etdirir FOTOLENT
-
13:41
Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
-
13:27
Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
-
12:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
12:34
"Yurqorden" rəsmisi Musa Qurbanlının gedişini istisna etmədi
-
12:19
"Neftçi" "Qarabağ" önünə iki itki ilə çıxacaq
-
11:08
Avropa çempionatı: Beş boksçumuzun beşi də uduzdu
-
10:52
Azərbaycan kuboku: Hakim təyinatları açıqlandı
-
10:36
"Arsenal" "Çelsi"ni darmadağın etdi VİDEO
-
10:23
Samir Abasov - əvvəl “El Klasiko”, sonra Xavi ilə görüş FOTOLENT
-
10:11
"Latsio" "Yuventus"u məğlub etsə də... VİDEO
-
09:59
Güləş üzrə U-17 Azərbaycan çempionatı start götürüb
-
09:47
"Beşiktaş" səfərdən heç-heçə ilə qayıtdı VİDEO
-
21:48
“Qəbələ” “Zirə” ilə cavab oyununa itkilərlə çıxacaq
-
21:11
U-17 millimiz Belarusa məğlub oldu
-
21:00
"Füzuli" "Şəmkir"i məğlub etdi VİDEO
-
18:39
"Azərreyl" Azərbaycan çempionu oldu
-
17:52
"Sumqayıt" - "Qarabağ" oyununa nə qədər bilet satılıb?
-
17:04
Yarımfinal oyunlarına təyinatlar açıqlandı