19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Ölkə futbolu

“Qəbələ”nin müdafiəçisi: “Oyundan-oyuna artıracağımıza inanıram”

“Qəbələ” 2016-2017-ci illər mövsümünün ikinci yarısının hazırlıqlarını Türkiyədə davam etdirir.
 
Futbolxeber.az saytının məlumatına görə, “qırmızı-qaralar”ın futbolçusu Ürfan Abbasov təlim-məşq toplanışı haqda fikirlərini klub saytına açıqlayıb: “Artıq bir həftədir mövsümün ikinci yarısının hazırlığına start vermişik. Məşq prosesi yüksək səviyyədə davam edir. Məşqçilər korpusunun hazırladığı proqram üzrə çalışırıq. Komandada atmosfer hər zamankı kimi yüksəkdir. Həm istirahət vaxtımız, həm də məşqlərimiz maraqlı və zövqlü keçir”.
 
Antalyadakı yoxlama oyunları haqda da danışan Abbasov komandasının mövsümün ikinci yarısına yüksək səviyyədə hazır olacağına əmindir:  “Baş tutan ilk yoxlama oyunundan da razı qaldım. Sabah növbəti sınağa çıxacağıq. Baş tutan məşqlər sayəsində oyundan-oyuna artıracağımıza inanıram. Təlim-məşq prosesini bu tempdə davam etdirməklə mövsümün həlledici hissəsinə yüksək səviyyədə hazır olacağıq. Bu mövsümdə hədəflərimiz yüksəkdir. Premyer Liqa və kubokdakı çıxışımızı uğurla davam etdirmək üçün bütün futbolçular məşqlərdə səylə çalışır”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30